25 dekabr 2015 17:00

Atletika Federasiyasında ilin idman yekunu keçirildi

Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının ilin idman yekunu keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, AAF-ın vitse-prezidenti Tofiq Qarayev, baş katib Firat Hüseynov və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə bu il atletika federasiyasının uğurları və fəaliyyətindən danışıb. O, Bakı 2015 Avropa Oyunlarının atletika idman növü üçün də uğurlu olduğunu vurğulayıb. Rio 2016 Yay Olimpiya Oyunlarına lisenziyaların sayının artması, Azərbaycan idmanında atletikanın mühüm bir yer tutduğunu bir daha sübut edir.

Federasiyanın vitse-prezidenti Tofiq Qarayev və baş katibi Firat Hüseynov öz növbəsində bu ilin fəaliyyəti və uğurlarını qeyd ediblər.

Rəsmi çıxışdan sonra mükafatlandırılma mərasmi keçirilib. Mərasimdə ilin idmançısı, məşqçisi, hakimi və digər nominasiyalar üzrə mükafatlandırılanlar olub.

İlin idmançısı - Nazim Babayev, Anna Skidan
İlin məşqçisi - Ziyad Xalfayev,
İlin gənc idmançısı - Yelena Prextriyeva
İlin gənc məşqçisi - Elvin Əliyev
İlin hakimi - Kamal Əhmədov

(AAF-ın mətbuat xidməti)

Похожие новости

Yüngül atletika 09 iyul

Atletimiz Avropa üçüncüsü oldu

Amsterdamda (Hollandiya) atletika üzrə Avropa çempionatı start götürüb.
Yüngül atletika 01 may

Bakı Marafonu 2016-nın qalibləri müəyyənləşdi

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçirilib.
Yüngül atletika 28 dekabr

Atletikada liderlik və mükəmməllik programı uğurla davam edir

Azərbaycan Atletika Federasiyasının Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi LEAP 2017 (Leadership and Excellence in Athletics Program – Atletikada liderlik və mükəmməllik programı) çərçivəsində məktəblilər üçün nəzərdə tutulmuş təlimlər davam edir.
Yüngül atletika 19 dekabr

Yüngül Atletika Federasiyası Naxçıvanda seminar keçirdi

Naxçıvan Muxtar Respublikasında məşqçi-müəllimlər və idmançılar üçün təşkil olunan seminarlar davam etdirilir.
Yüngül atletika 16 oktyabr

Veteran atletletlərimiz vətənə medalla qayıdıblar

1-11 oktyabrda Fransanın Nitsa şəhərində atletika idman növü üzrə “European maters games" veteranlar arasında Avropa oyunları keçirilib.
Yüngül atletika 29 iyul

Sadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdü

"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bugünlərdə İsveçin Eskilstuna şəhərində atletika üzrə yeniyetmələrin Avropa birinciliyində üçtəkanla tullanma yarışlarında 17.04 metr nəticə ilə 30 illik rekordu qıraraq çempion olan, bununla da Rio de Janeyro-2016-ya lisenziya qazanan Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyevlə görüşüb.
Yüngül atletika 02 iyun

Nazim Babayev: Növbəti hədəfim Çində keçiriləcək olimpiadadır

Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanmış atlet Nazim Babayev təəssüratlarını jurnalistlərlə bölüşüb.
Yüngül atletika 01 iyun

Nazim Babayev qızıl medal, Azərbaycan daha iki lisenziya qazandı

Bakıda keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yüngül atletika üzrə Avropa Təsnifat turniri sona yaxınlaşır.
Yüngül atletika 31 may

Behafeta Hadiyes: Məqsədim olimpiya oyunlarına lisenziya qazanmaq idi

Bakıda keçirilən atletika üzrə Avropa Təsnifat Turnirində gümüş medal və yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanan idmançımız Behafeta Hadiyes jurnalistlərin suallarına cavab verib.