29 iyul 2015 17:00

Sadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdü

"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bugünlərdə İsveçin Eskilstuna şəhərində atletika üzrə yeniyetmələrin Avropa birinciliyində üçtəkanla tullanma yarışlarında 17.04 metr nəticə ilə 30 illik rekordu qıraraq çempion olan, bununla da Rio de Janeyro-2016-ya lisenziya qazanan Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyevlə görüşüb. Azerisport.az xəbər verir ki, o, ölkəmizdə dövlət başçısı tərəfindən aparılan məqsədyönlü idman siyasətinin artıq öz bəhrəsini verdiyini bildirib. Qeyd edib ki, idman və olimpiya hərəkatı sahəsində görülən işlər ölkəmizin uğurlu inkişafının göstəricisidir.

Aparat rəhbəri onu da vurğulayıb ki, ölkəmizin və idmanımızın sürətli inkişafının nəticəsidir ki, ilk Avropa Oyunları Azərbaycanda keçirildi. Bu, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Oyunları keçirilməmişdir və birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin böyük uğurudur. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır.

Daha sonra o, Azərbaycan idmançılarının, eləcə də "Neftçi İdman Klubu”nun təmsilçilərinin ilk Avropa Oyunlarındakı uğurlu çıxışlarından bəhs edib.

Ardınca atleti qazandığı böyük uğur münasibətilə təbrik edən aparat rəhbəri əldə olunan yüksək nailiyyətə görə onlara minnətdarlığını bildirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sadıq Sadıqov onlara göstərilən diqqət və qayğını bir qədər də artıracaqlarını bildirib. O, aparatın məsul işçilərinə idmançıya daha yaxşı şərait yaradılması ilə bağlı xüsusi tapşırıqlarını verib.

Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyev səmimi görüşə və göstərilən qayğıya görə "Neftçi idman Klubu” İctimai Birliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Atlet bundan sonra daha da əzmlə çalışacağına və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəyinə söz verib.

Qeyd edək ki, Nazim Babayev Avropa Birinciliyində almaniyalı idmançı Volker Mainin 1985-ci ildə göstərdiyi 16.93 metrlik rekordunu təzələmişdi.

Похожие новости

Yüngül atletika 09 iyul

Atletimiz Avropa üçüncüsü oldu

Amsterdamda (Hollandiya) atletika üzrə Avropa çempionatı start götürüb.
Yüngül atletika 01 may

Bakı Marafonu 2016-nın qalibləri müəyyənləşdi

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçirilib.
Yüngül atletika 28 dekabr

Atletikada liderlik və mükəmməllik programı uğurla davam edir

Azərbaycan Atletika Federasiyasının Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi LEAP 2017 (Leadership and Excellence in Athletics Program – Atletikada liderlik və mükəmməllik programı) çərçivəsində məktəblilər üçün nəzərdə tutulmuş təlimlər davam edir.
Yüngül atletika 25 dekabr

Atletika Federasiyasında ilin idman yekunu keçirildi

Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının ilin idman yekunu keçirilib
Yüngül atletika 19 dekabr

Yüngül Atletika Federasiyası Naxçıvanda seminar keçirdi

Naxçıvan Muxtar Respublikasında məşqçi-müəllimlər və idmançılar üçün təşkil olunan seminarlar davam etdirilir.
Yüngül atletika 16 oktyabr

Veteran atletletlərimiz vətənə medalla qayıdıblar

1-11 oktyabrda Fransanın Nitsa şəhərində atletika idman növü üzrə “European maters games" veteranlar arasında Avropa oyunları keçirilib.
Yüngül atletika 02 iyun

Nazim Babayev: Növbəti hədəfim Çində keçiriləcək olimpiadadır

Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanmış atlet Nazim Babayev təəssüratlarını jurnalistlərlə bölüşüb.
Yüngül atletika 01 iyun

Nazim Babayev qızıl medal, Azərbaycan daha iki lisenziya qazandı

Bakıda keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yüngül atletika üzrə Avropa Təsnifat turniri sona yaxınlaşır.
Yüngül atletika 31 may

Behafeta Hadiyes: Məqsədim olimpiya oyunlarına lisenziya qazanmaq idi

Bakıda keçirilən atletika üzrə Avropa Təsnifat Turnirində gümüş medal və yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanan idmançımız Behafeta Hadiyes jurnalistlərin suallarına cavab verib.