19 dekabr 2015 12:30

Yüngül Atletika Federasiyası Naxçıvanda seminar keçirdi

Naxçıvan Muxtar Respublikasında məşqçi-müəllimlər və idmançılar üçün təşkil olunan seminarlar davam etdirilir. Azerisport.az xəbər verir ki, növbəti ikigünlük seminar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və muxtar respublikanın Yüngül Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilib. 

Məşqçilər üçün keçirilən nəzəri seminarı Yüngül Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov açaraq, Naxçıvan Muxtar Respublikasında bu idman növünün geniş yayıldığını, gənclərin bu sahəyə maraq göstərdiklərini bildirib. Sonra Azərbaycan Atletika Federasiyasından Naxçıvana gəlmiş məşqçi-müəllimlər, beynəlxalq dərəcəli Məşqçi və respublika dərəcəli hakimlər Aqil Paşayev və Ceyhun Hüseynov çıxış ediblər. Hər iki lektor əvvəlcə seminarın mövzuları barədə danışıblar. Bildirilib ki, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası atletika idman növündə kütləviliyi artırmaq üçün 2003-cü ildə assosiasiyanın konqresində uşaq atletikasının inkişafına dair “Kids Athletics” (Uşaq atletikası) adlı layihə təqdim edib və 2005-ci ildən bu layihənin icrasına başlanılıb. “Kids Athletics”, əsasən 6-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Bu layihənin həyata keçirilməsində əsas məqsəd uşaqların idmanla məşğul olmalarını, əylənmələrini və eyni zamanda, onların fiziki cəhətdən inkişafını təmin etməkdir. Buna görə də “Kids Athletics” layihəsi mütəhərrik oyunlar və komanda yarışları əsasında tərtib olunub. Bu layihə atletika idman növünü peşəkar atletika və uşaq atletikası olmaqla, 2 hissəyə bölüb.

Seminarın ikinci mərhələsində məşqçilər məktəbli uşaqlarla Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində praktik məşqlər keçiblər. Altı komanda (Əlincə, Sədərək, Ordubad, Babək, Arpaçay, Batabat) və 100-ə yaxın uşaq atlet seminarda layihəyə daxil olan sədlərlə qaçış, ip atdı, top atma, vortex atma, çarpazvarı tullanma və dözümlülük kimi növlərdə mübarizə aparıb.

Qeyd edək ki, “Kids Athletics” proqramının Azərbaycanda tətbiqinə 2012-ci il sentyabrın 6-9-da Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının layihəsi çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş “KidsAthletics” adlı beynəlxalq seminardan sonra başlanılıb.

Похожие новости

Yüngül atletika 09 iyul

Atletimiz Avropa üçüncüsü oldu

Amsterdamda (Hollandiya) atletika üzrə Avropa çempionatı start götürüb.
Yüngül atletika 01 may

Bakı Marafonu 2016-nın qalibləri müəyyənləşdi

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçirilib.
Yüngül atletika 28 dekabr

Atletikada liderlik və mükəmməllik programı uğurla davam edir

Azərbaycan Atletika Federasiyasının Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi LEAP 2017 (Leadership and Excellence in Athletics Program – Atletikada liderlik və mükəmməllik programı) çərçivəsində məktəblilər üçün nəzərdə tutulmuş təlimlər davam edir.
Yüngül atletika 25 dekabr

Atletika Federasiyasında ilin idman yekunu keçirildi

Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının ilin idman yekunu keçirilib
Yüngül atletika 16 oktyabr

Veteran atletletlərimiz vətənə medalla qayıdıblar

1-11 oktyabrda Fransanın Nitsa şəhərində atletika idman növü üzrə “European maters games" veteranlar arasında Avropa oyunları keçirilib.
Yüngül atletika 29 iyul

Sadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdü

"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bugünlərdə İsveçin Eskilstuna şəhərində atletika üzrə yeniyetmələrin Avropa birinciliyində üçtəkanla tullanma yarışlarında 17.04 metr nəticə ilə 30 illik rekordu qıraraq çempion olan, bununla da Rio de Janeyro-2016-ya lisenziya qazanan Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyevlə görüşüb.
Yüngül atletika 02 iyun

Nazim Babayev: Növbəti hədəfim Çində keçiriləcək olimpiadadır

Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanmış atlet Nazim Babayev təəssüratlarını jurnalistlərlə bölüşüb.
Yüngül atletika 01 iyun

Nazim Babayev qızıl medal, Azərbaycan daha iki lisenziya qazandı

Bakıda keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yüngül atletika üzrə Avropa Təsnifat turniri sona yaxınlaşır.
Yüngül atletika 31 may

Behafeta Hadiyes: Məqsədim olimpiya oyunlarına lisenziya qazanmaq idi

Bakıda keçirilən atletika üzrə Avropa Təsnifat Turnirində gümüş medal və yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanan idmançımız Behafeta Hadiyes jurnalistlərin suallarına cavab verib.