21 may 2014 11:00

Bakıda yüngül atletika üzrə yeniyetmələrin Avropa 2-ci Təsnifat yarışı keçiriləcək

30 may - 1 iyun tarixində Azərbaycanın paytaxtı Bakıda yüngül atletika üzrə yeniyetmələrin Avropa 2-ci Təsnifat yarışı keçiriləcək. Azerisport.az xəbər verir ki, yeniyetmələrin 2-ci Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarış 3 gün davam edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq turnir 18 idman növünü əhatə edəcək.
40-dan çox ölkənin iştirak etdiyi lisenziya xarakterli turnirdə medallar uğrunda 800-dən çox idmançı mübarizə aparacaq. Yarış iştirakçıları məşqləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Turnirin qalibləri cari ilin 16-28 avqust tarixlərində Çinin Nanjinq şəhərində baş tutacaq Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanacaq. Lisenziyaların sayı oğlanlar üçün 82, yeniyetmə qızlar üçün isə 108 olacaq. Yarış qitənin bir neçə ölkəsində o cümlədən Eurosport kanalında canlı yayımlanacaq.  
Azərbaycanı təsnifat yarışlarında 15 idmançı təmsil edəcək. Komandamızın heyətində Avropa Olimpiya Festivalının qalibi Nazim Babayev (üç təkanla tullanma), Yelena Qladkova (şüvüllə tullanma), Abrexa Benafeta (1500 və 3000 m-lik qaçış üzrə) və digərləri olacaq.
Olimpiya Lisenziyalı turnirin açılış mərasimində Milli Olimpiya Komitəsi, Avropa Atletika Assosiasiyasının rəhbər şəxsləri iştirak edəcək.
İdman növləri: 100 m-lik qaçış, 200 m-lik qaçış, 400 m-lik qaçış, 800 m-lik qaçış, 1500 m-lik qaçış, 3000 m-lik qaçış, 110 m-lik səddlərlə qaçış, 400 m-lik səddlərlə qaçış, 2000 m-lik maneələrlə qaçış, 10.000 m-lik idman yerişi, hündürlüyə tullanma, şüvüllə tullanma, uzunluğa tullanma, üç təkanla tullanma, nüvə itələmə, lövhə atma, çəkic atma, nizə atma
Turnirlə bağlı ətraflı məlumat üçün mayın 27-də saat 11:00-da Tofiq Bəhramov adına Respublika Stadionunun konfrans zalında mətbuatla görüş keçiriləcək. Mətbuat konfransında qeydiyyatdan keçən jurnalistlərə akkreditasiya kartları təqdim olunacaq.

Похожие новости

Yüngül atletika 09 iyul

Atletimiz Avropa üçüncüsü oldu

Amsterdamda (Hollandiya) atletika üzrə Avropa çempionatı start götürüb.
Yüngül atletika 01 may

Bakı Marafonu 2016-nın qalibləri müəyyənləşdi

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçirilib.
Yüngül atletika 28 dekabr

Atletikada liderlik və mükəmməllik programı uğurla davam edir

Azərbaycan Atletika Federasiyasının Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi LEAP 2017 (Leadership and Excellence in Athletics Program – Atletikada liderlik və mükəmməllik programı) çərçivəsində məktəblilər üçün nəzərdə tutulmuş təlimlər davam edir.
Yüngül atletika 25 dekabr

Atletika Federasiyasında ilin idman yekunu keçirildi

Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının ilin idman yekunu keçirilib
Yüngül atletika 19 dekabr

Yüngül Atletika Federasiyası Naxçıvanda seminar keçirdi

Naxçıvan Muxtar Respublikasında məşqçi-müəllimlər və idmançılar üçün təşkil olunan seminarlar davam etdirilir.
Yüngül atletika 16 oktyabr

Veteran atletletlərimiz vətənə medalla qayıdıblar

1-11 oktyabrda Fransanın Nitsa şəhərində atletika idman növü üzrə “European maters games" veteranlar arasında Avropa oyunları keçirilib.
Yüngül atletika 29 iyul

Sadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdü

"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bugünlərdə İsveçin Eskilstuna şəhərində atletika üzrə yeniyetmələrin Avropa birinciliyində üçtəkanla tullanma yarışlarında 17.04 metr nəticə ilə 30 illik rekordu qıraraq çempion olan, bununla da Rio de Janeyro-2016-ya lisenziya qazanan Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyevlə görüşüb.
Yüngül atletika 02 iyun

Nazim Babayev: Növbəti hədəfim Çində keçiriləcək olimpiadadır

Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanmış atlet Nazim Babayev təəssüratlarını jurnalistlərlə bölüşüb.
Yüngül atletika 01 iyun

Nazim Babayev qızıl medal, Azərbaycan daha iki lisenziya qazandı

Bakıda keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yüngül atletika üzrə Avropa Təsnifat turniri sona yaxınlaşır.