9 iyun 2011 17:27

Aliyə Qarayeva yenə birinci oldu

Azərbaycan gimnastı Aliyə Qarayeva yaxın keçmişin məşhur idmançısı, adaşı Aliyə Yusupova mükafatı uğrunda Qazaxıstanda keçirilən beynəlxalq turnirin qalibi olub. Azerisport.az xəbər verir ki, Qarayeva halqa ilə birinci hərəkətdən sonra liderliyi dərhal ələ keçirib, topla ikinci və gürzlərlə üçüncü çıxışından sonrа heç kim onun xalça sahibi Marina Petrakova üzərindəki qələbəsinə şübhə etməyib.
 
Fəxri kürsünün üçüncü pilləsinə digər Azərbaycan gimnastı Anna Qurbanova, eləcə də eyni sayda xal toplamış rusiyalı gimnast Yana Lukonina çıxıb.
 
Mərkəzi Asiyadakı yarışlarda gimnastlarımız qızıl və bürünc medallar qazanıblarsa, Avropanın mərkəzində - Polşada keçirilən Baltic Cup turnirində zəriflərimiz gümüş mükafatlarla kifayətləniblər.
 
Ceyla Quliyeva, Anastasiya Prasolova, Ayelita Xələfova, Səbinə Abbasova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət qrup komandası 3 lent və 2 halqa ilə hərəkətlərdə ikinci yeri tutaraq İsraildən olan kollektivdən geri qalıblar.
 
İkinci gümüş mükafatı yeniyetmələrin yarışında çıxış edən 12 yaşlı Ləman Hacızadə alıb. Burada isə qalib rusiyalı gimnast olub.
 
Digər iştirakçılarımıza gəlincə, Zeynəb Cavadlı çoxnövçülükdə 22 gimnast arasında bütün finallara düşərək altıncı olub. Ən yaxşı nəticəni o, topla hərəkətlərdə göstərib və beşinci yeri tutub. Yeniyetmələrin turnirində çıxış edən 1998-ci il təvəllüdlü Gülsüm Şəfizadə səkkizinci yeri tutub.
 
Moskvaətrafı Zveniqorodda keçirilən daha bir yarışdan gənc gimnastlarımız medallarla qayıdıblar. Belə ki, ikinci yerə Lalə Kramarenko (2004-cü il təvəllüdlü) və Leyli İbrahimova, Darya Sorokina, Balaxanım Əhmədova, Ləman Hacıyeva və Nuranə Mənsurovadan (2001-2002-ci il təvəllüdlü) ibarət "Spartak" idman cəmiyyətinin qrup komandası çıxıb. Bununla yanaşı, 10 yaşlı Leyli İbrahimova şəxsi hesabda da bürünc mükafatçı olub.

Похожие новости

Yüngül atletika 09 iyul

Atletimiz Avropa üçüncüsü oldu

Amsterdamda (Hollandiya) atletika üzrə Avropa çempionatı start götürüb.
Yüngül atletika 01 may

Bakı Marafonu 2016-nın qalibləri müəyyənləşdi

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2016” keçirilib.
Yüngül atletika 28 dekabr

Atletikada liderlik və mükəmməllik programı uğurla davam edir

Azərbaycan Atletika Federasiyasının Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi LEAP 2017 (Leadership and Excellence in Athletics Program – Atletikada liderlik və mükəmməllik programı) çərçivəsində məktəblilər üçün nəzərdə tutulmuş təlimlər davam edir.
Yüngül atletika 25 dekabr

Atletika Federasiyasında ilin idman yekunu keçirildi

Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının ilin idman yekunu keçirilib
Yüngül atletika 19 dekabr

Yüngül Atletika Federasiyası Naxçıvanda seminar keçirdi

Naxçıvan Muxtar Respublikasında məşqçi-müəllimlər və idmançılar üçün təşkil olunan seminarlar davam etdirilir.
Yüngül atletika 16 oktyabr

Veteran atletletlərimiz vətənə medalla qayıdıblar

1-11 oktyabrda Fransanın Nitsa şəhərində atletika idman növü üzrə “European maters games" veteranlar arasında Avropa oyunları keçirilib.
Yüngül atletika 29 iyul

Sadıq Sadıqov 30 illik rekordu qırmış Nazim Babayevlə görüşdü

"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bugünlərdə İsveçin Eskilstuna şəhərində atletika üzrə yeniyetmələrin Avropa birinciliyində üçtəkanla tullanma yarışlarında 17.04 metr nəticə ilə 30 illik rekordu qıraraq çempion olan, bununla da Rio de Janeyro-2016-ya lisenziya qazanan Nazim Babayev və onun məşqçisi Ziyad Xəlfəyevlə görüşüb.
Yüngül atletika 02 iyun

Nazim Babayev: Növbəti hədəfim Çində keçiriləcək olimpiadadır

Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanmış atlet Nazim Babayev təəssüratlarını jurnalistlərlə bölüşüb.
Yüngül atletika 01 iyun

Nazim Babayev qızıl medal, Azərbaycan daha iki lisenziya qazandı

Bakıda keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yüngül atletika üzrə Avropa Təsnifat turniri sona yaxınlaşır.