12 dekabr 2016 13:20

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb. Azerisport.az xəbər verir ki, mükafatı K.Heydərova DTF-in prezidenti Çunqvon Ço təqdim edib.

Ç.Ço Azərbaycanı cari ildə qazandığı uğurlar münasibətilə təbrik edib. O, Rio Yay Olimpiya Oyunlarında azərbaycanlı taekvondoçuların qazandığı 1 qızıl və 2 bürünc medalı yüksək nəticə kimi qiymətləndirib.

K.Heydərov öz növbəsində Qran-pri yarışının final mərhələsini və Komandalarası Dünya Çempionatını Azərbaycana həvalə etdikləri üçün Dünya Taekvondo Federasiyasına və onun rəhbəri Doktor Çoya öz təşəkkürümü bildirib. Federasiya prezidenti bunu Azərbaycana verilən yüksək dəyər kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov “Odlu yurdu” kimi tanınan Azərbaycanın, dünyada “idman ölkəsi” məşhur olduğunu vurğulayıb.

Daha sonar müxtəlif nominasiyalar üzrə ilin qalibləri müəyyənləşib.

Azərbaycan Taekvondo Federasiyası “2016-cı ilin ən yaxşı milli federasiyası” seçilib. Bu seçim Dünya Taekvondo Federasiyasının (DTF) səsverməsinə əsasən götürülüb. Mükafat təşkilatın prezidenti Çunqvon Ço tərəfindən Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərova təqdim olunub.

“İlin ən yaxşı kişi məşqçisi” nominasiyasında Azərbaycanın Kişilərdən ibarət milli komandasının baş məşqçisi Reza Mehmandoust Soumaehsaraei qalib gəlib. Mükafatı məşqçiyə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

Həmçinin, “ən yaxşı kişi idmançı” üçün nəzərdə tutulan mükafat Rio Yay Olimpiya Oyunlarının qalibi iordaniyalı Əhməd Abuqaşa, “ən yaxşı qadın idmançı” iki qat olimpiya çempionu, britaniyalı Ceyd Consa təqdim olunub. “Ən yaxşı kişi hakim” kimi Sonq-çul Kimə (Kanada), “ən yaxşı qadın hakim” kimi Mariya Merkuri (Gürcüstan) fərqlənib. “Ən yaxşı zərbə” adlı mükafat Fil Dişi Sahilinin təmsilçisi Çeyx Salleh Junior Sisseye verilib.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.
Taekvondo 13 noyabr

Taekvondoçularımız Xorvatiyada birinci oldular

Xorvatiyanın Zaqreb şəhərində təşkil edilən ənənəvi “Croatia Open” beynəlxalq turnirinə yekun vuruldu.