14 noyabr 2016 15:00

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək. Azerisport.az xəbər verir ki, 102 ölkədən 846 taekvondoçunun mübarizə aparacağı yarışda millimiz səkkiz oğlan və altı qız idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov dünya birinciliyinə qatılacaq heyətə Ayaz Qəmbərli (45 kq), Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq) və Mert Çiçeyi (73 kq), qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıəliyevanı (55 kq) daxil edib.

Dörd gün davam edəcək birincilik Burnabi şəhərinin “Bill Copeland” idman arenasında keçiriləcək.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Kanadaya yollanmış komandamız noyabrın 21-də Vətənə qayıdacaq.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 13 noyabr

Taekvondoçularımız Xorvatiyada birinci oldular

Xorvatiyanın Zaqreb şəhərində təşkil edilən ənənəvi “Croatia Open” beynəlxalq turnirinə yekun vuruldu.