7 dekabr 2016 11:20

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub. Azerisport.az xəbər verir ki, komandanın üzvlərindən Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) ölkəmizi turnirdə qadınların mübarizəsində təmsil edə bilməyəcək.

Bu sözləri Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib. Vitse-prezident qeyd edib ki, hər iki idmançının yarışda iştirak etməsi gözlənilirdi. Lakin həkimlərin son rəyinə əsasən, P.Abakarovanın ayaq, F.Əzizovanın isə bel nahiyəsində zədələrin tam sağalmadığı aşkarlanıb və nəticədə onların turnirdə iştirak etməsi məqbul sayılmayıb.

Beləliklə, Qran-pri yarışının finalında qadın taekvandoçularımızdan ölkəmizi yalnız Yaprak Eriş (57 kq) təmsil edəcək.

Komandalararası dünya çempionatında isə heyətdə dəyişiklik olmayıb. Ölkəmiz çempionata Safiye Polat (49 kq), Zeyvi Kərimova və Gülhanım Yeşildal (hər ikisi 57 kq), Yaprak Eriş (62 kq), Melissa Paqnotta (67 kq) və Reşmiye Ooginkdan (73 kq) ibarət heyətlə qatılacaq.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.
Taekvondo 13 noyabr

Taekvondoçularımız Xorvatiyada birinci oldular

Xorvatiyanın Zaqreb şəhərində təşkil edilən ənənəvi “Croatia Open” beynəlxalq turnirinə yekun vuruldu.