15 noyabr 2016 11:20

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək. Azerisport.az xəbər verir ki, Dünya Taekvondo Federasiyasının və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə qran pri 9-10 dekabr tarixlərində, milli komandalar arasında dünya çempionatı isə 12-13 dekabrda “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.

İlk olaraq baş tutacaq qran prinin finalında dünyanın 16 reytinqli kişi və qadın taekvondoçuları mübarizə aparacaq. Qaliblər 6000 dollar və 80 reytinq xalı, bürünc medalın sahibi 3000 dollar və 48 reytinq xalı, bürünc medala layiq görülən idmançılar isə 1000 dollar və 28.8 reytinq xalı qazanacaq. 12-13 dekabrda keçiriləcək milli komandalar arasında dünya çempionatında isə 8 komanda yarışacaq.

11- dekabr tarixində qala gecə təşkil olunacaq. Ən yaxşı taekvondoçu, ən yaxşı baş məşqçi və ən yaxşı milli federasiya bu mərasimdə mükafatrandırılacaq.

Milli komandanın üzvü, Olimpiya çempionu Radik İsaevin də yer aldığı millinin heyəti yaxın günlərdə açıqlanacaq. Xatırladaq ki, kişilərdən ibarət millimiz ötən il Meksikada təşkil edilən komandalararası dünya çempionatının qalibi olub.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.
Taekvondo 13 noyabr

Taekvondoçularımız Xorvatiyada birinci oldular

Xorvatiyanın Zaqreb şəhərində təşkil edilən ənənəvi “Croatia Open” beynəlxalq turnirinə yekun vuruldu.