13 noyabr 2016 10:30

Taekvondoçularımız Xorvatiyada birinci oldular

Xorvatiyanın Zaqreb şəhərində təşkil edilən ənənəvi “Croatia Open” beynəlxalq turnirinə yekun vuruldu. Azerisport.az xəbər verir ki, bu yarışda kişilərdən ibarət milli komandamız 7 idmançı ilə təmsil olunub. G1 kateqoriyalı beynəlxalq yarışda da təmsilçilərimiz uğurlu çıxış edərək 1 qızıl və 4 bürünc medala sahib olub.

Zaqreb şəhərinin “Arena Zaqreb” idman kompleksində keçirilən və sayca 22-ci olan açıq turnirdə baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Avropa çempionu, XXXI Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Hərçəqani fəxri kürsün qızıl pilləsinə qalxıb. 80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Milad, rəqiblərindən Stojan Rabijac (17:8), Mario Zekic (12:0), Nikolaos Tzellos (12:3), İvan Karajlovic (18:4) və Roberto Bottaya şans verməyərək yarışın qızıl medalını qazanıb.

M.Hərçəqaninin komanda yoldaşlarından 63 kq çəki dərəcəsində mübarizəyə qatılan Məhəmməd Məmmədov, Səid Quliyev (-74 kq), Sina Bahrami (-68 kq) və Payam Qobadi Oğaz (-87 kq) yarımfinal mərhələyədək inamla irəliləsə də finala vəsiqə uğrunda qarşılaşdığı rəqiblər keçilməz olub.

Ayxan Tağızadə (-68 kq) Jure Pantar (9-1), Vasileios Gaitanisi (13:2) üstələsə də Məhəmməd Ketbi ilə mübarizədən məğlub ayrılıb. Zədələr səbəbindən uzun müddət yarışlara qatıla bilməyən Ramin Əzizov (-87 kq) isə özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Belə ki, Daniel Abbafati (16:4), Pablo Fernandez Eirası (6:1) məğlub edən Raminin yarımfinal uğrunda qarşılaşdığı rəqib Yassene Trabelsi olub. Maraqlı keçən mübarizədə qızıl xalı Trabelsi hesabına yazmağı bacarıb.

Dünya və Avropa çempionu, dünya kubokunun sahibi, XXXI Yay Olimpiya Oyunlarının qalibi Radik İsaev (+87) Xorvatiya yollansa da, zədə səbəbindən yarışa qatıla bilməyib.

Qeyd edək ki, kişilərdən ibarət milli komandamız 5 medalla komanda hesabında ilk pilləyə sahib olub.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.