21 sentyabr 2016 14:00

Taekvondo yığmamız Moskvaya 15 idmançı ilə yollandı

Sentyabrın 22-25-də Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfəindən təşkil edilən açıq birincilik keçiriləcək. Azerisport.az xəbər verir ki, paytaxt Moskva şəhərində baş tutacaq növbəti beynəlxalq “Russian Open” turnirində gənclərdən ibarət yığma komandamızın taekvondoçuları da quvvələrini sınayacaq.

Sayca 6-cı olan G2 dərəcəli yarışda millimiz 15 taekvondoçu ilə təmsil olunacaq. Belə ki, baş məşqçi Mamed Abdullayev və böyük məşqçi Zahid Məmmədov dünya birinciliyi öncəsi oğlanlardan -46 kq çəki dərəcəsində Murad Muradov, Ayaz Qəmbərli və Bəhruz Quluzadə, Cavid Məmmədov (-48 kq), Əli İsazadə (-51 kq), Qaşım Maqomedov (55 kq), Nurlan Fətəliyev (-59 kq), Nicat Musayev (-63 kq), Əliəsgər Əliyev (-68 kq), Mert Çiçek (-73 kq) və Fərhan Məmmədliyə (-78 kq) şans verəcək.

Qızlardan isə Mehribam Məmmədova (-42 kq), Aliyə Zeynalova (-44 kq), Nərgiz Mirzəyeva, Mirvari Qəmbərli (hər ikisi -46 kq), Leyla Məmmədova, Diana Haçıəliyeva ( hər ikisi -49 kq) və  Şəms İsayeva -52 kq çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparacaq. Turnir Moskvanın “Dostluq” idman arenasında keçiriləcək.

Qeyd edək ki, respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının yetirmələri də bu yarışda dayanq üzərinə çıxacaq. Milli komandamız 26 senytabrda vətənə dönəcək.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.