20 iyul 2016 15:00

Gənc taekvondoçularımız Rusiyaya yollandı

Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhəri  Avropa birinciliyinə ev sahibliyi edəcək. Azerisport.az xəbər verir ki, 23-26 iyul tarixlərində, Avropa Taekvondo Birliyinin və Rusiya Taekvondo Birliyinin rəhbərliyi ilə təşkil edilən 21 yaşlı taelvondoçular arasında keçiriləcək qitə birinciliyində gənclərdən ibarət yığma komandamız da yer alıb.

Gənclərin dünya birinciliyi öncəsi komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov bu yarışda 13 idmançıya şans verəcək. 4-gün davam edəcək yarışda təmsilçilərimizdən -54 kq çəki dərəcəsində Qaşım Maqomedov, Əli İsazədə (-58 kq), Zəlimxan Rəşidov (-63 kq), Əliəsgər Əliyev (-68 kq), Mert Çiçek (-74 kq), Fərkan Məmmədli (-87 kq), Orxan Tağızadə (+87 kq), qızlardan isə Nərgiz Mirzəyeva (-46 kq), Leyla Məmmədova (-49 kq), Diana Hacəliyeva (-53 kq), Gülsüm Gültəkin (-57 kq), Şəms Həsənova (-62 kq), Sevil Zamanova (-67 kq) dayanq üzərinə çıxacaq.

250-dək taekvondoçunun qatılacağı 21 yaşlı gənclərin qitə birinciliyinə 23 iyulda Qroznı şəhər Olimpiya İdman Kompleksində start veriləcək. Bu gün Çeçenistan respublikasına yollanan komandamız iyulun 27-də vətənə dönəcək.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.