4 iyul 2016 16:00

Taekvondoçularımız Asiyanın uşaqları idman oyunlarında!

Rusiya Federasiyasının Saxa respublikasının Yakutsk şəhərində, sayca VI olan “Asiyanın Uşaqları” beynəlıxalq idman oyunları təşkil ediləcək. Azerisport.az xəbər verir ki, dörd ildən bir təşkil edilən oyunlar, müxtəlif idman növlərində keçirilir ki,bunların arasında taekvondo idman növü də var.

Bu gün Yakutsk şəhərinə yollanan idmançılarımız arasında 5 taekvondoçu yer alıb. Belə ki, 38 ölkənin qatılacağı beynəlxalq oyunlarda ölkəmizi yeniyetmələrdən ibarət böyük məşqçi,əməkdar məşqçi Sənan Həşimovun rəhbərliyi ilə taekvondoçulardan -48 kq çəki dərəcəsində Ayaz Qəmbərli, Qasım Aslanov (-55 kq), Nicat Müslümov (-63 kq), İkram Hüseynov (-73 kq) və Orxan Tağızadə (+73 kq) təmsil edəcək.

Qeyd edək ki, 1996-cı ildən keçirilən yarışlarda Azərbaycanla yanaşı Bəhreyn, Butan, Vyetnam, İraq, İran, Yəmən, Qazaxıstan, Çin, Koreya Respublikası, Küveyt, Qırğızıstan, Laos, Maldiv, Monqolustan, Nepal, Pakistan da daxil olmaqla Asiyanın 38 ölkəsinin təmsilçiləri basketbol, boks, taekvondo, sərbəst güləş, cüdo, yüngül atletika, stolüstü tennis, üzgücülük və s. idman növlərində medallar uğrunda mübarizə aparacaq.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.