22 may 2016 20:00

Daha bir taekvondoçumuz AÇ-də medal qazandı

İsveçrənin Montrö şəhərində böyüklər arasında keçirilən Avropa çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışın son günü kişilərdən ibarət yığma komandamızın iki üzvü - 87 kq çəki dərəcəsində Payam Qobadi Oğaz və Radik İsayev +87 kq) mübarizəyə qoşulub.

Nikola Bojo (Xorvatiya), M`Bar N`Diaye (Fransa) və Damin Samsunu (Böyük Britaniya) yarışdan kənarlaşdıran Payam yarımfinalda rusiyalı Vladislav Larinlə qarşılaşıb. Lakin finala vəsiqə uğrunda döyüşdən məğlub ayrılan həmyerlimiz yarışın bürünc medalı ilə kifayətlənməli olub.

Radik İsaev isə ilk döyüşündə ukraynalı dayanq ustası Mixailo Şelestə minumal hesabla (4-5) məğlub olaraq çempionatla erkən vidalaşıb.

Beləliklə, komandamız 37 ölkədən 387 taekvondoçunun qatıldığı Avropa çempionatından 3 medalla qayıdır. Milli üzvlərindən Rio Yay Olimpiya Oyunlarının lisenziya sahibləri, -80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani qızıl, Patimat Abakarova (-53 kq) gümüş, Payam Qobadi Oğaz (-87 kq) isə aktivinə bürünc medal əlavə edir.

Xatırladaq ki, bu çempionatda ölkəmizi hakimlər qismində beynəlxalq dərəcəli hakim, Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edib.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə İsveçrəyə səfər edən millimiz may 24-də vətənə dönəcək.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.