21 may 2016 22:00

Hərçəqani Avropa çempionu oldu

İsveçrənin Montrö şəhərində böyüklər arasında taekvondo üzrə Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, yarışın üçüncü günündə mübarizəyə milli komandamızın daha 6 üzvü qoşulub.

Ən uğurlu nəticəni -80 kq çəki dərəcəsində Milad Beigi Hərçəqani əldə edib. Belə ki, ilk mərhələdən azad olan Milad, rəqibləri serbiyalı İvan Karajloviçə (13-0), ardından isə güclü rəqibi böyük britaniyalı Lutalo Məhəmmədə (13-1) heç bir şans buraxmayaraq yarımfinala vəsiqə qazanıb. Finala gedən yoldan Piotr Pazinskini (16-4) də kənarlaşdıran həmyerlimiz həlledici görüşdə türkiyəli idmançı Yunus Sarı ilə qarşılaşıb. Həlledici döyüşdən də qalib (5-0) ayrılan Milad adını Avropa çempionatının fəxri kürsüsünün ən yüksək pilləsinə yazdırıb.

Millinin digər üzvlərindən -74 kq çəki dərəcəsində mübarizəyə qoşulan Namaz Heydərov norveçli Con Aspa 7-5 hesabı ilə qalib gəlsə də, növbəti rəqibi Nikolas Carten (Belçika) keçilməz olub. Bu çəkidə döyüşən Səid Quliyevin Klaudio Trevisio (İtaliya) ilə qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Döyüşün əsas və əlavə vaxtında qalib müəyyən edilməyib. Qaydalara əsasən elektron jiletin verdiyi üstünlüyə görə İtalya təmsilçisi qalib elan edilib.

-80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ramin Əzizov da çempionata qələbə ilə başlasa da, ikinçi döyüşündə məğlub olub. Belə ki, Əzizov David Saykonu 10-1 hesabı ilə məğlub etsə də, Lutalo Məhəmmədə (0-5) məğlub olub.

Qadın taekvondoçularımızdan Yapraq Eriş (-62 kq) Darya Yakovleva (UKR) (10-5) və Joyce Baaren Vanı (Ned) məğlub etsə də, türkiyəlı İrem Yamana (0-8) yenilərək çempionatı başa vurub. -67 kq çəki dərəcəsində Nadja Savnovici məğlub edən Fəridə Əzizova, növbəti rəqibi Nur Tatara (Türkiyə) yenilərək yarışla vidalaşıb.

Çempionatın son günü iki dayanq ustamız - Payam Qubadi Oğaz (-87 kq) və Radik İsayev (+87) medallar uğrunda mübarizə aparacaq.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.