9 may 2016 15:00

Taekvondo üzrə açıq birincilik keçirildi

Mayın 7-8-də Sumqayıt Olimpiya İdman Komleksində ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» idman klubunun taekvondo üzrə açıq birinciliyi keçirildi. Azerisport.az xəbər verir ki, yarışda paytaxt və bölgələri təmsil edən 47 komandadan 505 idmançı qüvvəsini sınadı.

Birincilikdə oğlanlar və qızlar arasında 2002-2004-cü illər təvvəllüdlü yeniyetmələr, eləcə də 2005-2006-cı illər təvəllüdlü uşaqlar tatami üzərində mübarizə apardı.
Mayın 7-də birinciliyin açılış mərasimi keçirildi. Mərasimdən əvvəl Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi, Azərbaycan Taevondo Federasiyası və Sumqayıt Olimpiya İdman Kompleksinin rəsmi nümayəndə heyəti, ümummilli lider Heydər Əliyevin Sumqayıtın mərəzində ucaldılan abidəsini ziyarət etdilər. Ulu öndərin xatirəsi ehtiramla yad edildi, abidə önünə əklil qoyuldu, tər güllər düzüldü.

Birinciliyin açılış mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin sədri Xəzər İsayev, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəli sükutla yad etdilər.

Daha sonra yarışlar açıq elan olundu. Azərbaycan Dövlət himni səsləndirildi. Ardınca yarışlara start verildi.

Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubu iki komandanın tərkibində (Bakı 1 saylı «Gömrükçü»İK, Göyçay 5 saylı «Gömrükçü»İK) 55 taekvondoçu (45 oğlan, 10 qız) ilə təmsil olundu.

Gərgin keçən yarışların yekununa əsasən ümumi komanda hesabında «Gömrükçü»İK birinci oldu. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Təhsil R.İ.M. və Fateh T.K. komandalarının təmsilçiləri tutdular. Yarışın mükafatçılarından başqa fərqlənən ən əzmkar idmançı Tahir Həbibli (Lənkəran T.İ.M),ən texnikalı idmançı İsmayıl İsmayılov (Təhsil R.İ.M),ən gənc idmançı Royal Ağayev (Gömrükçü) və ən yaxşı hakim Aygül Abdullayeva diplom təqdim olundu.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.