5 may 2016 15:00

Taekvondo üzrə açıq birincilik keçiriləcək

7-8 may tarixlərində Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü" İdman Klubunun taekvondo idman növü üzrə açıq birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, 2005-2006-çı il təvəllüdlü uşaq, 2002-2004-cü il təvəllüdlü yeniyetmə taekvondoçular arasında təşkil edilən turnirdə, Azərbaycan Taekvondo Federasiyasının üzvü olan, Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klubların idmançıları qatılacaq.

Yarışın keçirilməsində məqsəd, ölkəmizdə taekvondo idman növünün təbliği,onun kütləviliyinə və inkişafına nail olmaq,”Gömrükçü” İdman Klubunu taekvondo yığma komandası tərkibinin komplektləşdirilməsi,idmançıların təcrübələrinin və ustalıq səviyyəsinin artırılmasıdır.

Yarışa ümumi rəhbərliyi Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi həyata keçirir, bilavasitə təşkili və keçirilməsi “Gömrük” İdman Klubu, hakimlik fəaliyyətinin təşkili və təmin edilməsi ATF-nın hakimlər komitəsinə həvalə edilir. Sumqayıt çəhər Olimpiya İdman Kompleksində keşiriləcək yarışda, bütün yaş qrupları və hər çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubu tərəfindən müvafiq dərəcəli diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunacaq.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.