9 aprel 2016 17:00

Taekvondoçumuz qızıl medal qazandı

Taekvondo üzrə böyüklərdən ibarət yığma komandamız Almaniyanın Bonn şəhərində keçirilən "DTF Prezidentinin Kuboku" G-2 kateqoriyalı yarışda iştirak edir. Azerisport.az xəbər verir ki, yarışın ikinci günü də komandamız üçün uğurlu alınıb.

Belə ki, ölkəmizi -80 kq çəki dərəcəsində təmsil edən, Avropa Oyunlarının və dünya kubokunun qalibi Milad Beigi Hərçəqani, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsinə qalxıb. Çempionluq yolunda o, əvvəlcə ilkin mərhələlərdə rusiyalı rəqibi Dmitri Zakrepini (12:0), xorvatiyalı Luka Horvatı (11:6) və polyak Pyotr Pazinskini (6:3) məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Daha sonra isə adlı-sanlı rəqibi - Moldova təmsilçisi Aaron Cook-u (13:2) məğlub edərək finala yüksəlib. Finalda isə Türkiyə yığma komandasının üzvü Yunus Sarını məğlub edərək reytinq aktivinə 20 xalı və yığma komandamız üçün Avropa çempionatına bu çəki dərəcəsində əlavə bir lisenziyanı qazandırıb.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.