8 aprel 2016 11:00

Məhəmməd Məmmədov gümüş medal qazandı

Ötən gün Avropa Taekvondo Birliyinin Almaniyanın Bonn şəhərində təşkil etdiyi “World Taekwondo Presidents Cup” beynəlxalq turnirinə start verilib. Azerisport.az xəbər verir ki, G2 kateqoriyalı yarışda böyüklərdən ibarət yığma komandamız da iştirak edir.

Yarışın ilk günü millimizin üzvü Məhəmməd Məmmədov uğurlu çıxış edərək gümüş medala layiq görülüb. Belə ki, ispan rəqibi David Losada Escuer, Fransa təmsilçisi Dylan Chellamootoonu və rus idmançı Bolat İzutdinovu məğlub edən Məhəmməd, italyan Andrea Canoya şans verməyərək yarımfinala vəsiqəni təmin edib. Xorvatiyalı taekvondoçu Deni Andrun Raziclə finala vəsiqə uğrunda döyüşdən üzüağ çıxan millinin üzvü, həlledici görüşü də xorvat təmsilçisinə qarşı keçirməli olub. Lakin Lovre Brecic keçilməz olub.

Beləliklə -63 kq çəki dərəcəsində mübarizəyə qatılan həmyerlimiz, yarışı gümüş medalla başa vurub. Bu isə, komandamıza may ayında İsveçrənin Montro şəhərində keçiriləcək Avropa çempionatında eyni çəki dərəcəsində (-63 kq) Məhəmməd Məmmədovdan başqa daha 1 taekvondoçumuzun iştirak edə bilməsi deməkdir.

Qeyd edək ki, yarışın mükafatçıları, Avropa çempionatında milli komandalara eyni çəkidə əlavə lisenziya qazandırır.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.