5 aprel 2016 00:15

Taekvondo millimiz prezident kubokuna yollanır

Böyüklərdən ibarət yığma komandamız bu gün - aprelin 5-də Almaniyaya səfərə yollanır. Azerisport.az xəbər verir ki, səfərin məqsədi Bonn şəhərində 7-10 aprel tarixlərində keçiriləcək dünya taekvondo federasiyasının prezident kubokudur. G2 kateqoriyalı “World Taekwondo Presidents Cup”-da millimiz tam heyətlə təmsil olunacaq.

Bu yarışda kişilərədən ibarət yığma komandamızın baş məşqçisi Reza Mehmandoust Avropa çempionatı öncəsi yetirmələrindən 54 kq çəki dərəcəsində Məcid Sofiyev, Zəlimxan Rəsulov, Məmmədalı Quliyev (hər ikisi -58 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikis -63 kq), Ayxan Tağızadə, Fariz Əliyev (hər ikis-68 kq), Səid Quliyev, Xəyyam Nağıyev, Namaz Heydərov (hər üçü -74 kq), Milad Beigi Hərçəqani (-80 kq), Ramin Əzizov, Payam Gobadi Oğuzxan (hər ikis -87 kq), Radik İsaev (+87 kq) ölkəmizi təmsil edəcək.

“Qəbələ” idman klubunun yetirməsi Əli Məmmədov 59-kq çəki dərəcəsində klub adına
medallar uğrunda mübarizəyə qatılacaq.

Qadın taekvondoçuların baş məşqçisi Sun Mi Park isə Türkan Tahirli (-46 kq), İlayde Kardelen Ciftci (-49 kq), Patimat Abakarov (-53 kq),Gülhanım Yeşildal (-57 kq), Zeyvi Kərimova (-53 kq), Fəridə Əzizovaya (-67 kq) şans verəcək.

Nəzərinizə çatdıraq ki, ilk pilləyə sahib olan idmançı aktivinə 20 xal əlavə etmiş olacaq.
Komandamız aprelin 11-də vətənə dönəcək.

Похожие новости

Taekvondo 13 dekabr

Taekvondo yığmamız DÇ-nin qalibi oldu

Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının qalibi olub.
Taekvondo 13 dekabr

Azərbaycan yığması DÇ-nin finalına çıxdı

Taekvondo üzrə Azərbaycanın Kişilərdən ibarət yığma komandası Bakıda keçirilən Komandalararası Dünya Çempionatının finalına yüksəlib.
Taekvondo 12 dekabr

ATF 2016-cı ilin ən yaxşı milli federasiyası seçildi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Dünya Taekvondo Federasiyası tərəfindən xüsusi mükafata layiq görülüb.
Taekvondo 07 dekabr

Millimizin heyətində dəyişiklik oldu

Dekabrın 9-10-da Bakıda keçiriləcək taekvando üzrə Qran-pri yarışının final mərhələsində qadınlardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik olub
Taekvondo 20 noyabr

Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Taekvondo 18 noyabr

DÇ-də növbəti medal: bu dəfə gümüş

Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb.
Taekvondo 17 noyabr

DÇ-nin ilk günündə bürünc medal

Kanadanın Burnabı şəhərində gənclər arasında dunya birinciliyi keçirilir.
Taekvondo 15 noyabr

Qran prinin final mərhələsi və komandalararası DÇ Bakıda keçiriləcək

Taekvondo üzrə qran prinin final mərhələsi və komandalararası dünya çempionatı Bakıda keçiriləcək
Taekvondo 14 noyabr

Taekvondo millimiz Kanadaya 14 idmançı ilə yollandı

Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə millisi noyabrın 16-20-də Kanadanın Burnabı şəhərində təşkil ediləcək dünya birinciliyində iştirak edəcək.