14 iyul 2015 16:30

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Neftçi İdman Klubu”nun Bakı-2015 Birinci Avropa Oyunlarında medal qazanan idmançılarını qəbul edib. Azerisport.az xəbər verir ki, şirkətin baş ofisində keçirilən görüşdə o, atletlərimizin çıxışını yüksək qiymətləndirib və klubun yetirmələrinin göstərdiyi uğurun qürurverici olduğunu söyləyib:

“Məşq etmək, çalışmaq başqa, amma nəticə göstərmək, qələbəyə sevinmək bir başqadır. Birinci Avropa Oyunlarında “Neftçi İdman Klubu”nun idmançıları böyük uğur əldə etdilər. Qalib olub mükafat qazandınız. Sizin hər birinizi təbrik edirəm! Amma bu o demək deyil ki, bundan sonra arxayınlaşmalısınız. Çalışmalısınız ki, 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında bundan da uğurlu çıxış edəsiniz. İdmançılara bizim ölkəmizdə olan qədər heç bir yerdə diqqət göstərilmir. Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev idmana və idmançılara böyük diqqət və qayğı göstərir. Bu sizin qarşınızda böyük şansdır. Bu şansdan maksimum istifadə etmək lazımdır. Bir daha hamınızı salamlayıram və hər birinizə təşəkkür edirəm”.

Sonra Birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev çıxış edərək göstərilən qayğıya görə minnətdarlığını bildirdi: “Çox sağ olun ki, vaxt ayırıb bizi qəbul etdiniz. Biz həmişə başda ölkə prezidenti olmaqla, Sizdən, “Neftçi İdman Klubu”ndan böyük dəstək görmüşük. Çox sağ olun bu dəstəyə görə. İnanıram ki, biz də işimizlə sizləri sevindirə bildik”.

Tədbir iştirakçılarından İbrahim İbrahimov, İsmayıl Çopsiyev və Həzrə Bünyatova çıxış edərək SOCAR-ın prezidentinə öz təşəkkürlərini çatdırdılar.

Sonda “Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bütün “Neftçi” ailəsi adından göstərdiyi diqqət və qayğıya görə Rövnəq Abdullayevə öz minnətdarlığını bildirdi: “Ümumi kollektiv adından, idmançılar adından söz verirəm ki, bundan sonra da “Neftçi İdman Klubu” hər zaman respublikamızda idmanın inkişaf etdirilməsində öz sözünü deyəcək və cənab prezidentin idman siyasətini daim dəstəkləyəcək”. Sonra o, “Neftçi İdman Klubu”nun idmançılarının ilk Avropa Oyunlarındakı çıxışlarından hazırlanmış diski, eləcə də bu oyunların xatirə hədiyyəsini Rövnəq Abdullayevə təqdim etdi.

İdmançı və məşqçilərin pul və xatirə hədiyyələri ilə mükafatlandırılması mərasimi bütün iştirakçıların birgə xatirə şəkli çəkdirməsi ilə başa çatdı.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.
Bakı-2015 28 iyun

İlham Əliyev: İlk Avropa Oyunları bəzi parametrlərə görə Yay Olimpiya Oyunlarından daha da yüksəkdə dayandı

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb.