2 iyul 2015 17:15

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər. Azerisport.az xəbər verir ki, BP Oyunlar Akademiyası təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşıdır. Məzun Təkmilləşdirmə Proqramı Oyunları həyata keçirmək və Azərbaycan üçün davamlı irs qoymaq məqsədilə tələb olunan bilik və bacarıqların yaradılmasına kömək etmək üçün təsis edilmişdi. 

Məzunlara sertifikatları Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru cənab Fərhad Hacıyev, Bakı 2015-in Əməliyyat İmkanları və Hazırlıq şöbəsinin direktoru cənab Gevin MakAlpayn və BP-nin region üzrə vitse-prezidenti cənab İan Suzerlənd təqdim etdilər. 

Cənab Saymon Kleq məzunları təbrik edən dedi: “Bakı 2015-in Məzun Proqramı bu irsin bir hissəsi kimi gənclərə öz karyeralarında onlara yardım edəcək yeni bacarıqlar və təcrübə qazanmaq üçün əcnəbi işçi qüvvəsi ilə birlikdə çalışmaq imkanı verdi. Proqram xüsusilə şəxsi inkişaf, biliyin mənimsənilməsi və fərdi əlaqələr qurmaqla gələcək karyera perspektivlərini artırır".

Azərbaycan Gənclər Fondunun icraçı direktoru cənab Fərhad Hacıyev isə bunları dedi: “Məzun Təkmilləşdirmə Proqramı Bakı 2015-in Azərbaycan gənclərinə verdiyi maddi üstünlüklərin ən bariz nümunəsidir. Bakı 2015-in Məzun Təkmilləşdirmə Proqramını bitirən gənc mütəxəssislər, Azərbaycana Formula-1 üzrə Bakı 2016 Qran Prisi, 2017-ci il İslam Həmrəylik Oyunları, futbol üzrə Avro 2020-nin oyunları və digər bu növ idman tədbirlərini təşkil etməkdə yardım edəcək gələcək nəsildirlər".

Məzun Təkmilləşdirmə Proqramına Avropa Oyunlarını və Azərbaycanda keçiriləcək növbəti idman tədbirlərini uğurla təşkil etmək üçün tələb olunan vacib bilik və bacarıqların qazanılmasına yönələn altı təlim modulu daxil idi. Bütün iştirakçıların təlimi zamanı vəzifələrini icra edərkən öz tədrislərini də davam etdirdiklərindən əmin olmaq üçün təcrübəli xarici və yerli komanda üzvlərindən məsləhətlərini alırdılar. 

Oyunlar Akademiyasının portuqal məzunu Yoana Vies təəssüratlarını belə bölüşdü: “Oyunları böyük uğurla başa vurduğumuz üçün özüm və həmkarlarımla fəxr edirəm! Təhilimi başa vuran kimi çoxnövlü idman tədbirinin təşkil olunduğu mühitdə işləmək və dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislərdən işin incəliklərini öyrənmək imkanı əldə etməyi bir çoxları xəyalına belə gətirə bilməz. Mən, Portuqaliyaya yeni-yeni biliklərlə qayıdıram və artıq karyeramı idman sahəsi üzrə Avropa Federasiyasında davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.
Bakı-2015 28 iyun

İlham Əliyev: İlk Avropa Oyunları bəzi parametrlərə görə Yay Olimpiya Oyunlarından daha da yüksəkdə dayandı

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb.