29 iyun 2015 12:45

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb. Azerisport.az xəbər verir ki, 17 gün ərzində idman və təşkilati baxımdan mükəmməl şəkildə təşkil edilmiş tədbirdə  iştirak edənləri salamlayan alov Bakıda keçirilən Möhtəşəm Bağlanış Mərasimində söndürülüb.

Birinci xanım Bakı Olimpiya Stadionunda 68000 tamaşaçıya ünvanIadığı nitqində bildirib: “Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq. Biz fəxr edirik ki, cəmi iki il yarım ərzində Azərbaycan üzərinə götürdüyü öhdəliklərini reallığa çevirdi və idman tədbirini ən yüksək standartlara uyğun təşkil etdi. Son 17 gün ərzində biz Avropa xalqlarının birlik, həmrəylik və dostluğuna şahid olduq.   

“Bu idman və dostluq bayramının pərdələri enərkən, mən ölkə və xalqım üçün qürur hissi duyuram. Son 17 gün bizim ürəklərimizdə həmişə yaşayacaq və ölkəmizin tarixində unudulmaz an kimi nəsildən-nəslə ötürüləcək".

Birinci xanım yarışı medal cədvəlində ikinci yerdə bitirən Azərbaycan idmançılarına dəstək olduqlarına görə  Azərbaycan Respublikasının Prezidentinə eləcə də, ölkənin bütün əhalisinə təşəkkür etdi. “Xalqımız idmançılarımızla fəxr edir. İdmançılarımız 21-i qızıl olmaqla 56 medal qazanıb ümumi medal cədvəlində ikinci olublar. Azərbaycan idmançıları, sizin uğurlarınız gələcək nəsillər üçün yaxşı nümunə olacaq.”- deyə o, əlavə edib.  

İzdihamın gurultulu alqışları altında birinci xanım Avropa Olimpiya Komitələrinə, Azərbaycan və xarici ölkələrdən olan könüllülərə, eləcə də Avropa Oyunlarının Təşkilat Komitəsinə öz təşəkkürünü çatdırıb.   

O, Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkiyə onun “Avropa Oyunları ideyasını reallığa çevirən  əminlik və qətiyyətinə”, Koordinasiya Komitəsinin sədri Spayros Kapralosa isə “hazırlıqlara etdiyi məharətli rəhbərliyə” görə təşəkkür etdi. 

“Əvəzedilməz könüllülər”ə də xüsusi təşəkkür bildirildi. Birinci xanım bildirdi: “Biz sizsiz bu tədbiri keçirə bilməzdik. Sizin şövq və peşəkarlığınız Bakı 2015 ruhunu reallığa çevirməyə kömək etdi. Sizin kimi istedadlı gəncləri olan ölkənin parlaq gələcəyi vardır".

“Beynəlxalq könüllülərə də çox böyük təşəkkür edirəm. Siz, bu tarixi tədbirin təşkilində bizə kömək etmək, həmçinin idman və dostluq bayramının bir hissəsi olmaq üçün Avropadan Azərbaycana təşrif buyurmusunuz. Biz sizdən ötrü darıxacağıq və ümid edirik ki, siz yenidən buraya qayıdacaqsınız. Azərbaycan qollarını və ürəyini Avropaya açdı. Biz köhnə dostları qarşıladıq və özümüzə yeni dostlar da tapdıq. Bu axşam hamınıza sağ olun deyirik. Lakin sizi Azərbaycanın gələcək tədbirlərində yenidən görməyə ümid edirik".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 28 iyun

İlham Əliyev: İlk Avropa Oyunları bəzi parametrlərə görə Yay Olimpiya Oyunlarından daha da yüksəkdə dayandı

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb.