28 iyun 2015 20:30

İlham Əliyev: İlk Avropa Oyunları bəzi parametrlərə görə Yay Olimpiya Oyunlarından daha da yüksəkdə dayandı

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb. Azerisport.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rosen Plevneliyevi qarşıladı.

Görüşdə Bakıda keçirilən birinci Avropa Oyunlarının əhəmiyyəti qeyd olundu. Bolqarıstan Prezidenti Rosen Plevneliyev tarixdə ilk dəfə baş tutan birinci Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi, Oyunların yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına bolqar xalqının təşəkkürünü çatdırdı. Rosen Plevneliyev onilliklər ərzində ideya kimi qalan ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanın tarix yazdığını dedi. Bolqar idmançılarının Bakıda onlar üçün yaradılan şəraitdən heyran olduqlarını, bu şəraiti heç bir yerdə görmədiklərini deyən Bolqarıstan dövlətinin başçısı idmançıların yaşayış yerlərinin, idman infrastrukturunun çox yüksək səviyyədə olduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev bir vaxtlar Avropa Oyunları ideyasına pessimist yanaşıldığını, standartları mövcud olmayan belə Oyunların lazımsızlığı barədə düşünənlərin olduğunu bildirdi. “Biz qərara gəldik ki, bu Oyunların standartı mümkün qədər ən yüksək standartlar olsun. İndi isə hər kəs görür ki, bu standartlar Yay Olimpiya standartlarıdır”, - deyən dövlətimizin başçısı birinci Avropa Oyunlarının bəzi parametrlərə görə hətta Yay Olimpiya Oyunlarından daha da yüksəkdə dayandığını diqqətə çatdırdı. Azərbaycan Prezidenti digər ölkələrin nümayəndə heyətlərinin də birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini bildirdiklərini vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olundu. Əlaqələrimizin siyasi, iqtisadi, energetika, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. (Trend)

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.