2 iyul 2015 17:00

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər. Azerisport.az xəbər verir ki, Avropa Oyunlarına ictima marağın yaradılmasında çox əhəmiyyətli rol oynayan Elçilərin bir çoxu tədbirdə iştirak etdilər və onlara 17 günlük tədbirə göstərdikləri dəstəyin qarşılığı olaraq xatirə hədiyyəsi və sertifikatlar təqdim olundu.

Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru cənab Azad Rəhimov dedi: “Ulduz Elçilərimiz, Avropa Oyunları üçün yaratdığımız növbəti uğurlu Azərbaycan komandası oldu. Onların bu tədbirə olan maraqları və dəstəkləri Avropa Oyunları haqqında ictimaiyyətin geniş miqyasda məlumatlandırılmasını təmin etməkdə əsas rol oynadı. Mən çox şadam ki, onların müvəffəqiyyətlə başa vurduqları vəzifələrini qeyd etmək üçün tədbir təşkil edə bildik”. 

Mükafatları, Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Bakı 2015-in Korporativ direktoru Elçin Səfərov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təqdim etdilər.

Cənab Saymon Kleq Ulduz Elçiləri salamladı və onlara öz ürək sözlərini çatdırdı: “Sizlərin hər biri olduqca məşğul və Avropa Oyunlarını dəstəkləmək üçün öz vaxtını təmənnasız ayıran yüksək nüfuza sahib şəxslərsiniz. Buna görə də, hər zaman sizə minnətdar olacağıq, çox sağ olun. Ulduz Elçilər olaraq, Azərbaycan xalqının bu tədbiri dəstəkləmək üçün ruhlandırılmasında çox mühüm rol oynadınız”.

Yüksək alqışa layiq görülmüş Bakı 2015 Alovqoruyan könüllülərinin bəzilərinin də iştirak etdiyi mərasimdə Bakı 2015-in Ulduz Elçisi Azər Qərib dedi: “Bu 17 gün çox möhtəşəm keçdi. Mən, xüsusi olaraq, 4 məqamı – idmançılarımızın, könüllülərimizin, təşkilatçıların və təhlükəsizlik heyətinin gördüyü böyük işi vurğulamaq istəyirəm. Biz, hər birimiz ölkəmizdə keçiriləcək növbəti idman tədbirlərinin də elçisi olacağımıza ümid edirik!”

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.
Bakı-2015 28 iyun

İlham Əliyev: İlk Avropa Oyunları bəzi parametrlərə görə Yay Olimpiya Oyunlarından daha da yüksəkdə dayandı

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb.