28 iyun 2015 19:00
Azərbaycan Avropa Oyunlarını medal sayına görə ikinci yerdə başa vurdu
Azərbaycan Avropa Oyunlarını medal sayına görə ikinci yerdə başa vurub. Azerisport.az xəbər verir ki, idmançılarımız geridə qalan yarış günlərində 56 medal qazanıb.
Bunlardan 21-i qızıl, 15-i gümüş, 20-si bürünc medal olub. Bu göstərici ilə ölkəmiz Avropa Oyunlarında ikinci yerdə gedir.
Ən çox medal qazanan ölkə isə Rusiyadır - 164. Qonşu ölkə təmsilçiləri 79 qızıl, 40 gümüş, 45 bürünc medal əldə ediblər.
İlk onluqda qərarlaşan ölkələrin yekun medal sıralaması belədir:
Rusiya – 164 (79-40-45), Azərbaycan – 56 (21-15-20), Böyük Britaniya – 47 (18-10-19), Almaniya – 66 (16-17-33), Fransa – 43 (12-13-18), İtaliya – 47 (10-26-11), Belarus – 43 (10-11-22), Ukrayna – 46 (8-14-24), Hollandiya – 29 (8-12-9), İspaniya – 30 (8-11-11).
