28 iyun 2015 00:20

Avropa Oyunlarının son yarış günündə nələr olacaq?

Bakı 2015 ilk Avropa Oyunlarının son günündə də idmançıların gərgin mübarizəsi davam edəcək. Azerisport.az sizi həmin proqramla tanış edir.

Alman qadın idmançıları birləşir
Cüdo yarışı, 11:00-dən etibarən

Heydər Əliyev adına İdman Arenasında bazar günü keçiriləcək komanda yarışı üzrə medal təyin olunan vaxt, qadınlar arasında keçirilən fərdi cüdo yarışının ilk günlərindən bəri üstünlük qazanmiş Almaniya yığmasının çıxışını izləməyə dəyər.

Alman idmançıları cüdo yarışlarında güclü iradə nümayiş etdirərək böyük təəccüb yaradıb. Bu, əsasən də Fransanın Bakı 2015-ə yeddi çəki kateqoriyasında Avropa çempionu olmuş dörd müdafiəçi ilə qatıldığı üçün diqqəti daha çox cəlb edib.

Danimarkalının çıxışı
Badminton, kişilər arasında təklər yarışı, saat 12:00-dan, qadınlar arasında təklər yarışı saat 13:00-dan, qarışıq cütlər arasında isə saat 14:00-dan etibarən

Əsasən ən yaxşı oyunçuları Danimarkadan olan Avropanın badminton idmançıları, bazar günü Bakı İdman Zalında keçiriləcək yarışlarda üç qızıl medal uğrunda mübarizə aparacaqlar.

Danimarkalı Lin Kjaersfelt, qadınlar arasında baş tutacaq təklər üzrə final mərhələsində azarkeşlərin favoriti olan belçikalı badmintonçu Lian Tan ilə üz-üzə gələcək. Digər danimarkalı idmançı Emil Holst isə kişilər arasında təklər üzrə yarışın ən yaxşı badmintonçusu olaraq qızıl medala sahib olub. Onun rəqibi ispaniyalı Pablo Abiyan olub.

Bakı 2015 ilk Avropa Oyunlarının badminton idman növü üzrə yarışlarına xitam verən qarışıq cütlər finalında danimarkalı cütlük Niklas Nohr və Sara Zigezen, Fransadan olan Getan Mittelhayzer və Odri Fontan ilə qarşılaşacaq.

Dərinləşən maraq
Voleybol yarışı, kişilər arasında final mərhələ, 13:00-dan etibarən

Bakı 2015-də baş tutan 75 qarşılaşmadan sonra, nəhayət ki, qızıl medal uğrunda mübarizədə Bolqarıstan və Almaniya üz-üzə gələcək. Bolqarlar 5 setlik görüşdən sonra Polşa yığmasına qalib gələrək finala yüksəlib. Belçikalı Vital Heynenin alman rəqibi son iki oyunda rusları məğlub etməklə, qrup mərhələsində yeganə komandanı da oyundan çıxara bilib. Dünya reytinqi cədvəlində 7-ci yerdə olan Almaniya yığması qalib gəlmə ehtimalı olan favorit komandalar sırasında olsa da, bolqarıstanlı voleybolçular qalibiyyət üçün olduqca iddialıdırlar .

Medalları qazansaq, gözəl olmaz mı?
Çimərlik futbolu yarışı, bürünc medal uğrunda 14:30-dan, qızıl medal uğrunda mübarizə isə 16:00-dan etibarən

Birinci Avropa Oyunlarının çimərlik futbolu üzrə son 4 komanda arasında final mərhələsi bazar günü baş tutacaq. Yarışda İtaliya, İsveçrə, Portuqaliya və Rusiya iştirak edəcək və medal uğrunda mübarizəyə aparacaqlar.

Pedal gücü
BMX velosiped idmanı yarışları, qadınlar arasında final mərhələ 15:40-dan etibarən, kişilər arasında mübarizənin final mərhələsi 16:30-dan etibarən

Bazar günü keçiriləcək BMX velosiped yarışında bütün gözlər Hollandiyalı Laura Smuldersin üstündə olacaq. Belə ki, xanım idmançı, cümə günü ba tutmuş zamana qarşı yarışın final mərhələsində seçmə mərhələni adlaya bilməsə də, 2012-ci il London Olimpiya Oyunlarının bürünc medal mükafatçısı qadınlar arasında BMX yarışlarında iştirak edib. Smuldersin sözlərinə görə, zədədən sonra tam enerji ilə mübarizəyə qoşulmaqla o, 395 metrlik cığırda BMX Veloparkında belçikalı Elke Vanhof və danimarkalı Simone Kristensenlə görüşəcək.

Kişilər arasında mübarizəsində, Fransa Amido Mir və dünya reytinqində 4-cü olmuş Joris Dodenin mükafatlandırma kürsüsünə çıxacağından əmindir, holland Tvan Van Qendt isə cümə günü baş tutmuş yarışda mükəmməl nəticə ilə 3-cü yerdə qərarlaşıb.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.