27 iyun 2015 00:45

Azərbaycanlılar iş başında - 27 iyun

Azərbaycan idmançıları şənbə günü Avropa Oyunları çərçivəsində beş müxtəlif idman kateqoriyası üzrə yarışlarda mübarizə aparacaqlar. Azerisport.az sizi həmin yarışların proqramı ilə tanış edir.

Qılıncoynadan əkizlər yenidən mübarizə aparacaqlar
Qılıncoynatma yarışları, saat 9:00-dan etibarən

Cümə axşamı, qadınlar arasında fərdi sablya yarışlarında müvafiq olaraq gümüş və bürünc medal qazanan Azərbaycanlı əkiz bacılar Sevil və Sevinc Bunyatova sablya üzrə komanda yarışlarında da medal qazanmağa iddialıdırlar. Bu məqsədlə onlar, saat 09:30-da Bakı Kristal Zalda dörddəbir final mərhələsi çərçivəsində Ukraynanı təmsil edən güclü komanda ilə mübarizə aparacaqlar.

Qasımov yaxşı nəticə göstərəcəyinə inanır
Cüdo yarışları, saat 12:24-dən etibarən   

Şənbə günü saat 13:54-də, 100 kq-adək çəki dərəcəsi üzrə kişilər arasında cüdo yarışında, Avropa Çempionatlarının gümüş və bürünc medalçısı, yerli idmançı Elmar Qasımov yaxşı çıxış edəcəyinə inanır.

Qadınların medal uğrunda mübarizəsi
Voleybol yarışları, saat 16:00-dan etibarən

Şənbə günü saat 16:00-da Bakı Kristal Zalda Azərbaycan komandası bürünc medal uğrunda Serbiya komandası ilə mübarizə aparacaq. Həmyerlilərimizdən ibarət yığma, yerli azarkeşlərin qarşısında qələbə qazanmağı bacararsa, bu, onların beynəlxalq voleybol yarışlarında ilk medalı olacaq.

Dörd idmançı mübarizədə
Boks yarışları, saat 18:00-dan etibarən

Bakı Kristal Zalda şənbə günü keçirilməsi planlaşdırılan boks yarışlarının finalında. bütün dörd çəki üzrə Azərbaycan idmançıları mübarizə aparacaqlar. İlk olaraq mübarizəyə saat 18:15-də 60 kq çəkidə mübarizə aparan Albert Səlimov qatılacaq. Onun ardınca isə mübarizəyə 69 kq, 75 kq və 91 kq çəkilərdə Parviz Bağırov, Xaybula Musalov, Abdulqədir Abdullayev qoşulacaq.

Hovuzda mübarizə başlayacaq
Üzgücülük yarışları, saat 09:30-dan, final yarışları isə 17:30-dan etibarən  

Bakı 2015 ilk Avropa Oyunlarının sonuncu günü Bakı Su İdmanı Mərkəzində yerli azakeşlər, kişilərin üzgüçülük idmanı üzrə 4x100 metr məsafəyə kompleks ötürmə kateqoriyasında keçiriləcək yarışlarında yerli idmançıları dəstəkləyəcəklər. Onlar Rusiya, Böyük Britaniya və Almaniya komandaları kimi güclü komandalar ilə mübarizə aparacaqlar.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.