27 iyun 2015 00:35

Avropa Oyunlarında 27 iyunda nələr olacaq?

Bakı 2015 ilk Avropa Oyunlarında şənbə günü 5 əsas görüş baş tutacaq. Azerisport.az sizi həmin yarışların proqramı ilə tanış edir.

Kəskin qılınclara son
Qılıncoynatma, 09:00-dan etibarən

Bakı 2015 ilk Avropa Oyunlarında kişilər arasında şpaqa ilə fərdi yarışın qızıl medal mükafatçısı və Oyunların ən yaşlı idmançısı 43 yaşlı İvan Treveyo, Bakı Kristal Zalda qılıncoynatma yarışlarının final günündə, növbəti və sonuncu qızıl medal uğrunda mübarizə üçün Fransa komandası ilə yarışacaq. Olimpiya çempionu olmuş ukraynalı Olqa Xarlan  qadınların sablya ilə komanda yarışında özünü əhv etdirmək istəyir. Belə ki, o, fərdi yarışların revanj oyunlarında zəif nəticə göstərərək, növbəti mərhələyə keçə bilməmişdi.

Hovuz yarışı
Üzgüçülük, 09:30-dan etibarən

Rusiyalı gənc ulduz qadınlar arasında sərbəst yarışlara liderlik edərkən, digər bir rus idmançı qadınlar arasında brass kateqoriyası üzrə yarışda birinci sırada yer tutub. Üzgüçü Mariya Astaşkina, həmyerlisi Arina Openişeva kimi iştirak etdiyi yarışlarda tam üstünlüyü ələ ala bilməyib. Gənclər arasında 200 metr məsafəyə brass üsulu ilə üzgüçülükdə dünya rekordçusu adını qazanmış Arina, şənbə günü qadınlar arasında keçiriləcək 100 metr məsafəyə brass üsulu ilə yarışın final mərhələsində çıxış edəcək və onun cümə günü nümayiş etdridiyi çıxışından fərqli olaraq daha yaxşı nəticə qazanacağı gözlənilir.

İki rus üzgüçü birlikdə məğlubedilməz bir gücdür. Cümə axşamı cütlük komanda yoldaşları Mariya Kameneva və Polina Yeqorova ilə birlikdə, qadınlar arasında 4x100 metr məsafəyə kompleks ötürmə növü üzrə yarışlarda gənclər arasında dünya rekordunu yeniləyərək bunu sübut ediblər.

Cüdoda qızıl uğrunda mübarizə
Cüdo, 12:00-dan etibarən

Cüdo üzrə dünyanın ən yaxşı idmançılarından biri hesab olunan, 2004-cü il Afina Olimpiya çempionu, 2012-ci il London Olimpiya Oyunlarının bürünc medal mükafatçısı olmuş yunan İliyas İliadis, Bakı 2015-də -90 kq çəki dərəcəsində kişilər arasında mübarizəyə qoşulacaq.

Qadınlar arasında -78 kq çəki kateqoriyasında, Qemma Qibbons, London 2012 Olimpiyasının gümüş medalçısı Bakı 2015-in mükafatlandırma kürsüsünə qalxmaq üçün döşək üzərində mübarizəyə geri qayıdır. Kolleksiyasında çoxsayda medalların olmasına baxmayaraq, bir medal da ilk Avropa Oyunlarında əldə etmək istəyir.

Cütlüklərin final qarşılaşmaları
Badminton qızıl medalları, 18:00-dan etibarən

Kişilər və qadınlar arasında cütlər arasında qızıl medal uğrunda oyunlar 18:00-da başlayaması nəzərdə tutulur. Almaniya və Danimarka iki yarımfinal görüşlərində mübarizə aparacaq və məğlub olan bürünc medal qazanacaq.

Kişilərin təklər üzrə görüşündə üz-üzə gələn danimarkalı Emil Holst və alman idmançı Diter Domkey, titul uğrunda bir-biri ilə yarışacaq. Qarışıq cütlərin mübarizəsində isə danimarkalı cütlük Sara Taygezen və Niklas Norla, alman cütlük Rafael Bek və Kira Kattenbek ilə qarşı-qarşıya gələcəklər.

Qadınların təkbətək mübarizəsinin yarımfinal mərhələsində isə Danimarkanı təmsil edən Layn Kjayersfeldtlə, bolqar idmançı Petya Nedelçevanın görüşü baş tutacaq.

Finalda voleybolçuların savaşı
Voleybol, 18:30-dan etibarən

Bakı Kristal Zal 1-də saat 18:30-da başlanması planlaşdırılan qadınlar arasında qızıl medal uğrunda baş tutacaq qarşılaşmada, Türkiyənin Polşa ilə görüşü keçiriləcək. Hər iki komanda finala çıxmaq üçün olduqca gərgin mübarizə aparmalı olub. Voleybolçular yorğun olsalar da, ilk Avropa Oyunlarından qızıl medal mükafatı ilə ayrılmaq üçün əllərindən gələni edəcəklər.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.