26 iyun 2015 21:10

Avropa Oyunlarının bağlanış mərasimində nələr olacaq?

Bakı 2015 Avropa Oyunlarının diqqəti bazar günü keçiriləcək Bağlanış Mərasiminin möhtəşəm finalı üçün Olimpiya Stadionuna yönələcək. Azerisport.az xəbər verir ki, vida şousu Avropa üzrə 50 ölkənin idmançılarını birləşdirəcək. 

Təntənəli Avropa Oyunlarında sonuncu dəfə Bakının gecə səması 10000 fişəng atəşfəşanlığı sayəsində işıq saçarkən idmançılar yenidən mərkəzə toplaşacaq və ailələri, məşqçiləri, əlavə Alovqoruyan könüllülər, eləcə də sponsorlar və ictimaiyyət ilə bayram şənliyinə qoşulacaqlar.  

Ceyms Hadleyin rəhbərliyi altında Bakı 2015 Bağlanış Mərasimi iştirak edənlər və bütün dünyada milyonlarla izləyici üçün tamaşaçı şousu olacaq və yüz minlərlə tamaşaçının şahidi olduğu 17 günlük həyəcanlı yarışlara son qoyacaq. Bu, birinci Avropa Oyunları ərzində Bakıya gələn minlərlə qonağa böyük səmimiyyət göstərən və ənənəvi isti Azərbaycan qarşılanmasını təklif edən 12500 Alovqoruyanların gücünü tanıdacaq.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri və Bakı 2015-in Baş İcraçı irektoru cənab Azad Rəhimov bildirib: “Birinci Avropa Oyunları idman tarixinə yazılacaq. Bakıda əldə olunan nailiyyətə və quraşdırma, təşkilat, qonaqpərvərlik və fəaliyyət baxımından əldə etdiyimiz müsbət rəylərə görə fəxr edirəm. Bu, Azərbaycan üçün bir uğur oldu və ev sahibliyi edəcəyimiz gələcək idman yarışları üçün istinad mənbəyi olacaq. Bağlanış Mərasimi Oyunlarla bağlı bayram əhval-ruhiyyəsində qeyd ediləcək və alovun bu gözəlliyi bölüşə bilən bütün ürəklərdən heç vaxt silinməyəcəyini təmin edəcək".

San-Fransiskoya əsaslanan cənab Hadley əlavə edib: “Bakı 2015-in Bağlanış Mərasimini hazırlamaq üçün təyinatımdan şərəf hissi duyuram. Bu, əvvəl heç vaxt edilməyən çox gözəl bir təcrübədir. Mənim birgə işlədiyim komanda mükəmməldir və birgə çalışdığımız istedadlarla xoşbəxt olmaya bilmərəm. Biz yeni ilə köhnəni qarışdırmağa və hər ikisi arasında yaxşı sintez tapmağa çalışırıq”.

Ceyms Hadleyin peşəkar teatr, sirk sənəti və geniş miqyaslı tədbirlərin idarə edilməsində 25 ildən çox təcrübəsi var. "Günəş Sirki"nin baş bədii rəhbəri kimi çalışan Hadley Şimali Amerikanın bir çox yüksək yayım şirkətlərinə nəzarət edib. O, dünya şöhrətli şouların bədii keyfiyyət və təkmilləşməsinə cavabdeh idi. 

Bağlanış Mərasimi 68000 tamaşaçı qarşısında və bütün dünyada 800 milyondan artıq insanın izləməsi üçün televiziyada yayımlanaraq yeni tikilmiş Olimpiya Stadionunda baş tutacaq. 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.