26 iyun 2015 14:45
Daha bir boksçumuz finala çıxdı
Bu gün Avropa Oyunları çərçivəsində boks üzrə növbəti görüşlər keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan boks yığmasının üzvü Xaybulla Musalov da növbəti görüşünə çıxıb.
O, yarımfinal mərhələsi çərçivəsində macarıstanlı Zoltan Xarşa ilə qarşılaşıb. 75 kq çəki dərəcəsində üz-üzə gələn boksçuların dueli Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.
Nəticədə, Musalov da finala yüksəlib. Azərbaycan təmsilçisi həlledici görüşdə irlandiyalı Maykl O`Rili ilə qarşılaşacaq. Həmin görüş sabah keçiriləcək.
