26 iyun 2015 13:15

Bakı-2015 ictimaiyyəti biletləri yalnız rəsmi mənbələrdən əldə etməyə çağırır

Bakı 2015 ictimaiyyəti ilk Avropa Oyunlarına biletləri yalnız rəsmi mənbələrdən əldə etməyə çağırır. Azerisport.az xəbər verir ki, yarışın son günlərinə və ən çox bilet satışı proqnozlaşdırılmış Bağlanış Mərasiminin biletlərinə tələbat əhəmiyyətli dərəcədə artıb.

Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) ictimaiyyəti məlumatlandırır ki, hər hansı bileti onun nominal dəyərindən baha qiymətə satmaq Azərbaycan qanunvericiliyinə ziddir. 

Təşkilatçılar Bakı ərazisində bilet möhtəkirliyi ilə məşğul olmanın qarşısını almaq məqsədilə hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Bu fəaliyyətin tərkib hissəsi kimi, istənilən şəxsin Bakı 2015 Avropa Oyunlarının hər hansı bir yarışına bileti yüksək qiymətə satması faktından asılı olaraq həmin şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb ediləcək və 7000 manata qədər cəriməyə məruz qalacaq.

Bakı 2015 azarkeşlərin Avropa Oyunlarına biletləri Bakı 2015-in veb səhifəsindən və ya Bakı şəhərində yerləşən 12 rəsmi bilet satışı kassalarından əldə etməsini təmin etmək istəyir. 

Bilet satışı kassalarının ünvanlarından tutmuş məkanlara necə getmək haqqında məlumatlara qədər Avropa Oyunlarına dair hər hansı məlumatı +994 (0) 77 2015 000 nömrəsi ilə əlaqə saxlayaraq Tamaşaçı Məlumat Mərkəzindən və ya www.baku2015.com veb səhifəsindən əldə etmək mümkündür.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.