26 iyun 2015 00:05

Şənbə günü keçirilməli olan BMX yarışı cümə gününə salındı

Bakı-2015 Avropa Oyunları çərçivəsində şənbə günü BMX Veloparkında keçirilməsi nəzərdə tutulan BMX velosiped yarışının tarixi, yüksək sürətli küləyin olması haqqında hava proqnozuna görə cümə günü, 26 iyun tarixinə keçirilib. Azerisport.az xəbər verir ki, şənbə günü keçiriləcək BMX velosiped yarışına bilet əldə edən azakeşlər, həmin biletləri cümə günü keçiriləcək yarışda iştirak etmək üçün istifadə edə biləcəklər.  

Azarkeşlər eyni zamanda şənbə günü keçiriləcək yarış üçün aldıqları biletləri aşağıdakı ünvanlarda qaytararaq, ödənişlərini geri ala bilərlər:

* "28 Mall"-da yerləşən bilet kassalarında  (Bakı, Azadlıq prospekti ilə Füzuli küçəsinin kəsişməsində (28 May metro stansiyasının yaxınlığında)) Əməliyyat müddəti: 28 iyun 2015-ci il tarixinə qədər 

* "Park Bulvar"-da yerləşən bilet kassalarında (Neftçilər prospekti, Dənizkənarı bulvar. (Sahil metro stansiyasının yaxınlığında)) , Əməliyyat müddəti: 28 iyun 2015-ci il tarixinə qədər

* Tofiq Bəhrəmov adına Respublika Stadionunda yerləşən bilet kassalarında (Bakı, Fətəli xan Xoyski küçəsi 98a (Gənclik metrosunun yaxınlığında)) Əməliyyat müddəti: 10 iyul 2015-ci il tarixinə qədər 

Yarış cədvəlində yerdəyişmə cümə günü, 26 iyun tarixində keçiriləcək yarışların saatının uzadılmasına səbəb olub. Yarışın yeni tarixləri: 1-ci yarış (14:30 - 15:55) - Kişilər arasında zamana qarşı yarışlar, Qadınlar arasında zamana qarşı yarışlar, Final görüşləri, 2-ci yarış (17:00 - 18:20) - Motokros yarışlarının seçmə və final mərhələləri

Cümə günü idman yarışlarının cədvəlində edilən dəyişikliklərə görə ekspress avtobusların yarışın keçirildiyi məkana və geri istiqamətdə həkərət rejimində də uzadılmalar edilmişdir. 

Yarımfinal və final görüşləri 28 iyun tarixində saat 15:00-dan etibarən keçiriləcəyinə görə şənbə günü hər hansı bir məşq və ya yarış olmayacaq.  

Ətraflı məlumatı www.baku2015.com veb səhifəsindən və 2015 və ya  +994 (0) 77 2015 000 qaynar xəttindən əldə etmək mümkündür.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.