25 iyun 2015 20:00
Teymur Məmmədov Avropa Oyunlarının qalibi oldu
Bu gün Avropa Oyunlarının boks üzrə yarışlarında final döyüşləri də baş turub. Azerisport.az xəbər verir ki, ilk final görüşünü keçirən boksçumuz Teymur Məmmədov olub.
81 kq-da çıxış edən təmsilçimiz İtaliya boksçusu Valentino Manfredoniya ilə qarşılaşıb. 3:0 hesabıyla üstün olan Məmmədov Avropa Oyunlarının qalibi olub.
