25 iyun 2015 14:00
Əlimərdanova məğlub oldu, Məmişzadə finalda!
Bu gün Avropa Oyunlarının boks yarışlarında yarımfinal mərhələsinin döyüşləri keçirilir. Azerisport.az xəbər verir ki, artıq Azərbaycanın iki boksçusu rinqə çıxıb.
54 kq çəki dərəcəsində yarışan Anna Əlimərdanova Rusiya boksçusu Yelena Savelyeva ilə görüşüb. Təəssüf ki, 0:3 hesabıyla uduzan boksçumuz finala çıxa bilməyib. Amma bu, onun bürünc medal qazanmasına mane olmayıb.
52 kq-da çıxış edən Elvin Məmişzadə isə Almaniya boksçusu Həmzə Tuba ilə qarşılaşıb. 3:0 hesabıyla üstün olan Elvin adını finala yazdırıb.
