24 iyun 2015 00:20

Avropa Oyunları: 24 iyunda nələr olacaq?

Azerisport.az sizi Bakı-2015-də növbəti yarış gününün proqramı ilə tanış edir.

Şulterlərin mübarizəsi
Badminton. Saat 11:40-dan etibarən

Çərşənbə günü keçirilmiş kişilərin təklər yarışında hollandiyalı Erik Panq və ukraynalı Dmitri Zavadskini oyundan kənarlaşdıraraq, litvalı Kestutis Navickas və bolqar Blaqovest Kisyov yeni və daha mühüm mərhələyə keçiblər. İndi bu, D qrupunda yeganə qarşılaşmadı. Navickas və Kisyov arasındakı yarışın 11:40-da başlaması nəzərdə tutulur. Bu görüşdə kimin qrupa liderlik edəcəyi bilinəcək. Amma hər iki idmançı dörddəbir finala keçəcək.

Çimərlik oğlanları yaxşıca silkələnirlər
Çimərlik futbolu. Saat 16:00-dan etibarən

Bakı 2015 ilk Avropa Oyunlarının ən çox gözlənilən idman oyunlarından biri nəhayət ki, cümə axşamı başlayacaq. Belə ki, kişilərdən ibarət səkkiz komanda mübarizəyə qatılacaq. Həyəcan, klassik Aralıq dənizi mübarizəsi, İspaniya-İtaliya yarışı ilə 16:00-da başlayacaq.

Rinqin çempionları
Boks. Saat 15:45-dən etibarən

Boksun iki ulduz qadın idmançısı mübarizədədirlər. Olimpiya və Həmrəylik Oyunlarının çempionu böyük britaniyalı Nikola Adams və London 2012-in qızıl medalçısı irlandiyalı Katie Taylor öz medal şansları uğrunda müvafiq olaraq yarımfinal və dördəbir final döyüşlərinə doğru addımlayırlar.

Taylor yüngül çəki dərəcəsində (57-60kq) isveçli İda Lundblad ilə günün ikinci yarısı qarşılaşacaqlar. Adams isə yüngülvari çəki dərəcəsində (48-51kq) Türkiyəni təmsil edən Elif Coskun ilə axşam saatlarında baş tutacaq birinci yarışında üzləşəcək.

Olimpiya medalçıları mübarizədə
Qılıncoynatma. Saat 09:00-dan etibarən

 Bakı Kristal Zalda keçiriləcək kişilərin şpaqa ilə fərdi yarışı, iki dəfə dünya çempionu olan estoniyalı Nikolay Novosyolov  və London 2012 Olimpiya gümüş medal mükafatçısı norveçli Bartosz Piasecki ilə xarakterizə olunur. Daha bir izləməyə dəyər mübarizə iki dəfə Olimpiya medalçısı, Kubadan gələn əslən fransalı İvan Treveyonun yarışıdır. O, 43 yaşında hələ də güclülərdəndir.

Güclü zərbəçilər
Voleybol. Saat 19:00-dan etibarən

Kişilərin dörddəbir finalından ibarət voleybol üzrə oyun günü, Serbiya-Almaniya qarşılaşması ilə saat 19:00-da başlayacaq. Məşqçi alman Vital Heynen Beynəlxalq Voleybol Federasiyasının Dünya Liqasından çıxaraq əsas tam heyəti ilə Bakıya gəlib. Olimpiya Oyunlarının təsnifat turnirinə xal qazanmaq üçün hamı yüksək nəticə ilə oyunu tamamlamaq istəyir və buna görə də gərginlik artır.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.