22 iyun 2015 00:45

Azərbaycanlılar iş başında - 22 iyun

Azərbaycan idmançılarını Avropa Oyunlarının növbəti yarış günündə - iyunun 22-də gərgin yarış günü gözləyir. Azerisport.az sizi həmin proqramla tanış edir.

Ev sahibliyi edən idmançıların çıxışı
Atıcılıq yarışları. Saat 09:30-dan etibarən 

Bakı 2015-də atıcılıq yarışlarının final günüdür. Bununla yanaşı, iki azərbaycanlı cütlük mübarizələrini davam etdirəcəklər.

İki dəfə Dünya Çempionatının iştirakçısı, 2004-cü il Olimpiya Oyunlarının bürünc medal mükafatçısı olmuş İradə Aşumova, oğlu Ruslan Lunev ilə 10 metrdən hava tapancası ilə atəş növü üzrə qarışıq komanda yarışlarında iştirak edəcəklər. 57 yaşlı Aşumova, Bakı 2015 ilk Avropa Oyunlarının ən yaşlı idmançısıdır və bu il təqaüdə çıxacaq.

Atıcılıq üzrə dairəvi stend idman növünün qarışıq komanda yarışlarında çıxış edəcək evli cütlük Emin və Nurlana Cəfərovalar, milli səviyyədə çempionlardır. Emin, eyni zamanda Nurlananın məşqçisidir.

Qızıl medal imkanları
Sambo idmanı üzrə yarışlar. Saat 10:00-dan etibarən
 
Azərbaycanlı sambo məşqçisi Yaqub Abdullayev bütün səkkiz çəki kateqoriyası üzrə yarışlarda medal qazanacaqlarını ehtimal edir və bu medalların ən azı ikisi qızıl olmalıdır. Sambo yarışları üzrə mübarizə aparacaq idmançılar aşağıdakılardır:
•Nəzakət Xəlilova - qadınlar arasında 52 kq çəki dərəcəsində
•Şəhanə Hüseynova - qadınlar arasında 60 kq çəki dərəcəsində
•Fəridə Qurbanova - qadınlar arasında 64 kq çəki dərəcəsində
•Nərminə Əlizadə - qadınlar arasında 68 kq çəki dərəcəsində
•Islam Qasımiov - kişilər arasında 57 kq çəki dərəcəsində
•Amil Qasımov - kişilər arasında 74 kq çəki dərəcəsində mübarizə aparan və Azərbaycanın ən böyük qızıl medal ümidi
•Kənan Qasımov - kişilər arasında 90 kq çəki dərəcəsində
•Vasif Səfərbəyov - kişilər arasında 100 kq-dan artıq çəki dərəcəsində

Shuttlers qələbə üçün mübarizə aparır
Badminton yarışları. Saat 11:00-dan (təxminən) etibarən 

Bakı 2015 ilk Avropa Oyunalarında badminton üzrə qrup yarışları bazar ertəsi günü beş növ - kişilər arasında təklərin və cütlərin yarışı, qadınlar arasında təklərin və cütlərin yarışı və qarışıq cütlüklər üzrə keçiriləcəkdir. Saat 11:00-da B qrupu üzrə təklərin yarışında azərbaycanlı Kənan Rzayev, rəqibi İsraildən olan Mişa Zilbermana qarşı mübarizə aparacaq. B qrupu üzrə kişilər arasında cütlərin yarışında həmyerlimiz Rzayev və Orxan Qələndərovdan ibarət cütlük, türkiyəli həmkarları olan Emre Vurala və Sinan Zorluya qarşı mübarizə aparacaqlar. Bu oyunun 18:40 -da keçirilməsi nəzərədə tutulub.

Qürur üçün oyun 
Voleybol yarışı. Saat 20:00-dan etibarən

Dörd oyunda dörd məğlubiyyət. Azərbaycan komandası kişilərin voleybol yarışında növbəti mərhələyə keçmək imkanlarını itirib. Bununla belə, A qrupunda Türkiyə komandasına qarşı keçiriləcək sonuncu oyununda öz qürurları üçün oynacaqlar. Azərbaycan yığması finlandiyalı həmkarlarına qarşı oyunda qalibiyyətə çox yaxın olsa da, sonda 3-2 hesabı ilə məğlub olub.

Ağırçəkili qəhrəmanlar
Boks yarışı. 20:00-dan etibarən

81 kq çəki dərəcəsində mübarizə aparan yarım ağırçəkili idmançı Teymur Məmmədov və 91 kq-dan artıq çəki dərəcəsində mübarizə aparan ağırçəkili boksçu Məhəmmədrəsul Məcidov, yarımfinal görüşlərinə vəsiqə qazanmağa iddialıdırlar. Məmmədov, holland Peter Mullenberqlə saat 20:45-də qarşılaşacağı halda, Məcidov rəqibi türkiyəli Əli Demirezen ilə saat 21:00-da mübarizəyə başlayacaq. Hər iki görüş Kristal Zal -2-də keçiriləcək.

Babayevin məqsədi Rio-dur
Atletika. 20:00-dan etibarən

Avropa Oyunlarının siması olan Nazim Babayev, bazar ertəsi Olimpiya Stadionunda keçiriləcək idman gimnasitikası üzrə komanda yarışında Azərbaycan yığması üçün maksimum xal toplamağa çalışacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.