20 iyun 2015 20:30

Bakı 2015 Oyunların Təcrübə Proqramlarını təqdim edir

Bu gün Bakı 2015 Avropa Oyunları növbəti yeddi il ərzində dünyanın müxtəlif yerlərində təşkil ediləcək irimiqyaslı tədbirlərin 61 nümayəndəsi üçün öz innovativ Oyunların Təcrübə Proqramlarını təqdim edir. Azerisport.az xəbər verir ki, bu qrup səkkiz gün ərzində Azərbaycanın paytaxtında olacaq və Bakı 2015-in 18 obyektindən bir çoxuna  ziyarət edəcək və dünyada ilk Avropa Oyunlarının keçirilməsi təcrübəsi ilə tanış olacaq. Proqramlar hər bir qrupun tələblərinə uyğun hazırlanacaq  və eyni zamanda  Bakı şəhərini və onun mədəniyyətini də nümayiş etdirəcək. 

Proqramın əsas yaradıcısı Bakı 2015-in Əməliyyat imkanları və hazırlıq şöbəsinin direktoru Gevin MakAlpin  qeyd etmişdi: “Bakı 2015-in yaratmaq istəyi ilə  yanaşı biz ümumi “müşahidəçi” proqramını yenidən müəyyən etmə və onu daha interaktiv təcrübəyə çevirmə tapşırığını üzərimizə götürdük. 

“Biz insanların passiv ziyarətçi kimi deyil, tədbirdə iştirak etməklə təcrübə qazanmasını istəyirik və bu innovativ proqramlar tək Olimpiya hərəkatından deyil, həm də FIFA Dünya Kuboku və dünyanın hər bir qitəsində digər irimiqyaslı tədbir təşkilatçılarını da cəlb etdi.

“Bu proqram çərçivəsində 61 nümayəndə 30 aydan az bir müddət ərzində dünya səviyyəli ilk Avropa Oyunlarının  təşkil olunmasını idarə edən  beynəlxalq ekspertlər tərəfindən hazırlanmış proqramda iştirak edəcəklər. 

Avropa Oyunlarının gündəlik fəaliyyətində “pərdə arxasında” qalan tərəf haqqında da məlumat  təqdim ediləcək və eyni zamanda irimiqyaslı tədbirlər barədə ən yaxşı təcrübə və yeniliklərin mübadiləsi üçün mühit yaradılacaq.” 

Bakı 2015 Avropa Oyunlarının təcrübəsi ilə yaxından tanış olmaq üçün Rio de Janeyroda keçirləcək 2016-cı il Olimpiya və Paraolimpiya oyunlarının, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paraolimpiya Oyunlarının və 2018-ci ildə Pyenq Çanqda təşkil ediləcək Qış Olimpiya və Paraolimpiya Oyunlarının nümayəndələri gələcək. 

Nümayəndələr 16 müxtəlif idman təşkilatlatını və həmçinin Rusiya 2018 və Qətər 2022 FIFA Dünya Kuboku, Vroslav 2017 Dünya Oyunları, 2017-ci il Asiya bağlı meydança və Şərq Döyüş növləri Oyunları, Tokionun Tsukuba Beynəlxalq İdman Elmləri Akademiyası və Bakıda keçiriləcək 2016-cı il Dünya Şahmat Olimpiadasını təmsil edəcəklər. 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.