20 iyun 2015 20:00

Bakı 2015-in final yarışlarının biletləri tam satıldığı üçün əlavə biletlər satışa çıxarılacaq

Bakı 2015 yeddi idman növü üzrə final mərhələlərinin biletlərinin satıldığını və səkkiz populyar idman növü üçün əlavə biletlərin satışa çıxarıldığını açıqlayıb. Azerisport.az xəbər verir ki, birinci Avropa Oyunlarında dünya miqyaslı yarışların başa çatmasına səkkiz gün müddət qalmaqdadır və 3x3 basketbol, BMX, boks, suyatullanma, gimnastika, üzgüçülük və voleybol yarışlarının final mərhələlərinin biletləri satılıb. 

Avropa Oyunları "idman bayramı" kimi qeyd edilir və 12 iyun tarixində baş tutmuş unudulmaz Açılış Mərasimindən sonra avropalı idmançılar dünya səhnəsində parlaq çıxışlar nümayiş etdirir və rekord sayda yerli azarkeşlər onları dəstəkləməkdə davam edirlər. Ötən bir neçə gün ərzində iyirmi idman növü üzrə hər gün orta hesabla 13000 bilet satılıb.  

Şübhəsiz, 3x3 basketbol (təsnifat mərhələsi), çimərlik futbolu, suyatullanma (təsnifat mərhələsi), cüdo, sambo, üzgüçülük (təsnifat mərhələsi), voleybol (təsnifat mərhələsi) və su polosu yarışlarının müxtəlif mərhələləri üzrə əlavə biletlərin satışa çıxarılması yerli azarkeşlər üçün sevindirici xəbərdir. 

Bakı 2015-in biletlərinə artan tələbat barədə danışan Gənclər və idman naziri və Bakı 2015-in Baş icraçı direktoru cənab Azad Rəhimov qeyd edib: “Azərbaycan xalqının Avropa Oyunlarına olan marağı inanılmazdır. İdman arenalarına toplaşan azarkeşlərin sayı və onların bütün idmançılara, xüsusi ilə Azərbaycan idmançılarına göstərdiyi dəstək bizi sevindirir. 

“Avropa Oyunlarının ikinci həftəsinə daxil olduğumuz ərəfədə biz Bakıdakı arenalarda rekord sayda tamaşaçını qəbul etməyə hazırlaşırıq və hər kəsi bu tarixi idman tədbirinin bir hissəsi olmağa səsləyirik".

Xoş xəbər ondan ibarətdir ki, hələ də biletlər var. Yarışları canlı izləmək istəyən hər kəs ödənişsiz şəkildə 2015 nömrəsinə zəng edə və Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzindən məlumat ala bilər. 

Hər hansı idman yarışlarına qalan biletləri əldə etmək üçün www.baku2015.com veb-saytına daxil ola və ya Bakı şəhərində və idman arenalarındakı bilet kassalarına yaxınlaşa bilərsiniz.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.