20 iyun 2015 11:40
Səlimov İsayevin məğlub etdiyi erməniyə qarşı
Bu gün Avropa Oyunlarında Albert Səlimovun (60 kq) rəqibi olacaq Otar Eranosyan azərbaycanlı boks həvəskarlarına tanış bir idmançıdır. Azerisport.az xəbər verir ki, Gürcüstanı təmsil edən Eranosyan bu il Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Strandja" turnirində həmyerlimiz Elvin İsayevlə qarşılaşıb.
İsayev 1/8 final mərhələsində Eranosyan üzərində qələbə qazanmışdı - 3:0.
