19 iyun 2015 18:00

Türkiyə voleybolda 1/4 finala çıxdı

Bu gün ilk Avropa Oyunlarında qadınlar arasında keçirilən voleybol turnirində Rumıniyanı 3-0 hesabla məğlub edən Türkiyə komandası yarımfinala vəsiqə qazandı. Azerisport.az xəbər verir ki, dünya reytinqində 8-ci sırada qərarlaşan komanda üçün Kristal Zal 1-də keçrilən oyunda qazandığı qalibiyyət (25-16, 25-22, 25- 19) olduqca asan oldu.

Türkiyə sıralamada 3-cü yerdədir. Komandasına 25 xal qazandıran Polen Uslupəhlivan (TUR) A qrupunda keçirilən oyundan sonra qalib olacaqlarına inanırdı:

"Biz digər komandalarla müqayisədə daha güclüyük. Qrupda lider olacağımıza inanırıq və bunun üçün bütün gücümüzü ortaya qoyacayıq. Bizimlə eyni səviyyədə olan Azərbaycan bizim ən güclü rəqibimizdir".

Bu məğlubiyyətlə Rumınya 4 ardıcıl oyunda iştirak etmə şansını da itirdi.Əgər İtaliya komandası rəqibi ilə oyunda məğlub olsa, onda komandanın mübarizədən kənarlaşması təsdiqlənəcək.

B qrupunda keçirilən oyunda Bolqarıstana qarşı mübarizə aparan Xorvatiya 1/4-ə çıxmaq imkanını artırmaq üçün ilk qələbəsini qazandı.İlk iki seti 25-23 xal hesabı ilə bitirən komanda 3-cü seti 25-15 hesabla bitirdi. Xorvatiya final setini 25-23 xal hesabı ilə yekunlaşdırdı.

Xorvatiyanın baş məşqçisi Anqelo Vercesi (BRA) komandası ilə fəxr etdiyini deyib:

"Bu gün biz əsl komanda kimi, taktikalarla oynadıq və mükəmməl oyun göstərdik. Təmkinimizi qoruduq və əla ötürmələr etdik, blokda və müdafiədə üstünlüyü ələ ala bildik. Növbəti oyunlara gəlincə, Almaniya güclü komandadır, ona görə də, daha diqqətli olmalı, daha çox şey öyərnməliyik".

İyunun 21-də A qrupunda Türkiyə Azərbaycan komandası ilə, Rumınya isə İtaliya ilə üz-üzə gələcək.

Eyni gündə, B qrupunda Xorvatiya Almaniya ilə, Bolqarıstan komandası isə Hollandiya ilə qarşılaşacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.