19 iyun 2015 17:20

Bir atəşlə dünya rekordu qazandı

Dünyanın iki nömrəli oyunçusu Petra Zublasinq (İtaliya) Bakı 2015-də atıcılıq üzrə qadınlar arasında ilk qızıl medalı qazanıb. Azerisport.az xəbər verir ki, qadınların çıxışını izləməyə gələnlər arasında bir gün əvvəl gümüş medal qazanmış Nikola Kampriani da vardı. Bu da təsadüfi deyildi. Çünki Zublasinq və Kampriani altı ildir ki, bir yerdədirlər. Onlar bazar ertəsi qarışıq komandada 10m məsafədə hava tüfəngi ilə atəş yarışlarına başçılıq edəcəklər.

"Keçən il qarışıq yarışlarda biz eyni komandada deyildik. O qalib olmuşdu, mən uduzmuşdum. Uzun müddət birlikdə olmağımıza baxmayaraq, fərqli xarakterlərimiz var. Mən daha hirsliyəm, Nikola isə mühafizəkardır. Elə ona görə biz yaxşı cütlüyük, çünki bir-birimizi tamamlayırıq" - Petra Zublasinq

Onun rəqiblərindən biri, gümüş medalçı Lorens Briz (FRA) olub. Zublasinq ondan 10.1 xal ilə irəlidə idi. Briz iki ay əvvəl ana olub.  O, Fransa üçün 2016 RİO oyunlarında kvota yerini tutmaqda iddialıdır: 

"İki ay əvvəl uşağa görə yarışları və məşqləri dayandırmışdım. Bakıya gəlməmişdən əvvəl məşqlərə yalnız bir ayım var idi. Mən hədəfi nişan aldıqda körpəm haqqında fikirləşmirəm, amma o, mənim ürəyimdədir. Sadəcə, çox rahat oluram və atəş açıram. Sonra isə onun haqqında düşünür və deyirəm ki, bunu körpəmə həsr edirəm" - gümüş medalçı Lorens Briz

Zublasinq uzanaraq  15 atəş mərhələsində ikinci yerdədir. O, beş mərhələnin üçündə irəli çıxaraq üstünlüyünü göstərmiş oldu və 6.3 xalla ayaqüstə atəş mərhələsində yüksək səviyyəni əldə etdi.

Zublasinqin 464.7 atəş xalı finalda ən yüksək nəticə oldu və 1.4 xalla dünya rekordunu yenilədi. 463.4 xal keçən ay Çanq Cinq (CHN) tərəfindən ABŞ-da Fort Beninqdə Dünya Çempionatı görüşündə təyin olunmuşdu.

Dünya çempionu Bet Qoss (GER) finala çox zəif başladı və ilkin seçmə mərhələsində yalnız beşinci olaraq yer tuta bildi. 

Bürünc medal Olivi Hofmana (AUT) qismət oldu. 

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.