19 iyun 2015 12:15

Cəmaləddin Məhəmmədov: Çempion olmaq istəyirdim

"Avropa Oyunlarında qazandığım medalı onun göstədiyi səylərinə görə məşqçimiz Firdovsi Umudova həsr edirəm".

Azerisport.az xəbər verir ki, bunu Bakı 2015 birinci Avropa Oyunlarında sərbəst güləş yarışlarında Azərbaycana 125 kq çəki dərəcəsində bürünc medal qazandıran təmsilçimiz Cəmaləddin Məhəmmədov deyib.

Avropa Oyunlarının bürünc medalçısı qeyd edib ki, onun hədəfi əslində çempion olmaq idi: "Çempion olmaq istəyirdim, təəssüf ki, bu gün alınmadı. Buna görə azarkeşlərdən üzr istəyirəm. Məni bu qədər adam dəstəkləyir, azarkeşlik edirdi. Ona görə də belə azarkeşlər üçün heç olmasa bürünc medalı qazanmalıydım. Onlara böyük minnətdarlığımı bildirirəm".

Öz çəki dərəcəsində hazırda dünyanın 1 nömrəlisi sayılan Türkiyə güləşçisi Taha Akgüllə qarşılaşmada məğlub olmasına da münasibət bildirib: "Taha indiki dünya çempionudur. Ən güclü güləşçi mənimlə ikinci mərhələdə qarşılaşdı. Onunla bacardığım kimi güləşdim. Bu gün o güclüdür. Amma ola bilər ki, sabah mən ona qalib gəlim. Bu idmandır. bu gün sən qalib gəlirsən, sabah başqası. Çalışacağam bundan sonra daha böyük uğurlar qazanım".

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.