19 iyun 2015 01:00

Avropa Oyunlarında növbəti yarış günü - 19 iyunun proqramı

Azerisport.az sizi Avropa Oyunlarının 19 iyun tarixi üçün olan proqramı ilə tanış edir.

Döşək üzərində böyük adlar
Taekvondo, 09:00-dan 

2012-ci il Olimpiya çempionu Milica Mandikin (SRB), 2015-ci il dünya çempionu Bianka Valkdenin (GBR) və 2015-ci il dünya gümüş medalçısı Qovladis Epanqonun (FRA) iştirakı ilə 67 kq çəki dərəcəsinə malik taekvondoçu qadınlar arasında keçirilən görüş böyük adlar arasında maraqlı mübarizə ənənəsini formalaşdırır.

Super snayperlər
Atıcılıq, 09:00-dan

Qadınlar arasında 50 m məsafəyə tüfəngdən 3 vəziyyətdə atəşaçma yarışlarında dünya çempionu Bit Qaus (GER) London 2012-nin gümüş və bürünc medalçıları İvana Maksimoviçlə (SRB) və Adela Sıkorova (CZE) ilə yarışacaq.

Kişilərdən ibarət cütlərin qarşılaşmasında London 2012-nin gümüş medalçısı Hakan Dalbinin (SWE) və bürünc medalçısı Vasili Mosinin (RUS) nümayiş etdirəcəkləri oyunlar daha diqqətəlayiqdir.

Britaniyalıların boksu
Boks, 13:15 və 18:45

Böyük Britanyadan olan Olimpiya çempionu Nikola Adams Avropa Oyunlarının qızılını da öz mükafatları sırasına əlavə etmək üçün mübarizəyə başlayır. Kristal Zalda 2-də keçiriləcək yarışda o, Macarıstandan Katalin Anksinlə 51 kq çəki dərəcəsində yarışacaq. 

Cümə günü rinqə çıxacaq digər britaniyalı idmançı, dünya çempionu Savanna Marşal isə Bakıda ilk dəfə döyüşən Nouchka Fontijnlə (NED) qarşılaşacaq.

Günün ən baxımlı oyunu
Qadın voleybolu, Saat 14:30 

B qrupunda oyunların hər üçünü udan Serbiya komandası Hollandiya komandası ilə görüşəcək. Bu qarşılaşmanın qadınlar arasında voleybol yarışmasında günün ən baxımlı oyunu olacağı gözlənilir. Serbiya bu kateqoriyada Azərbaycandan sonra ən güclü komanda sayılır. 

Halqalar və toplar, gürzlər və lentlər
İdman gimnastikası, 10:00-dan

Mütləq dünya çempionu Yana Kudryavtseva (RUS) idman gimnastikasında çoxnövçülük üzrə fərdi final və təsnifat yarışlarında Milli Gimnastika Arenasında cümə günü yarışmaya qatılacaq.

Günün kulminasiyası
Suya tullanma, saat 10:00-dan

Günün kulminasiyasını sözsüz ki, suya tullanma yarışları təşkil edəcək. Kişilərin 3 metrlik tramplindən tullanma üzrə finalı 19:00-dan, qadınların 1 metrlik tramplindən tullanma üzrə finalının isə 20:25-dən başlanacağı gözlənilir.  

Medal uğrunda toplar göyə qalxacaq
Stolüstü tennis, 16:30-dan 

Bakı İdman Zalında stolüstü tennis üzrə qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparılacaq. Qadınlar və kişilər arasında mübarizə qızışdıqca, toplar da tavanacan qalxa bilər.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.