18 iyun 2015 00:10

Azərbaycanlılar iş başında - 18 iyun

İyun ayının 18-də Azərbaycanlı idmançılar bir sıra idman növündə öz güclərini sınayacaqlar. Azerisport.az xəbər verir ki, bu günə kimi 11 qızıl medal qazanmış Azərbaycan komandası, yarışların növbəti günündə aktivindəki qızıl medalların sayını artırmağa çalışacaq.

Önəmli qarşılaşma
Voleybol, Saat 16:30

Kişilər arasında ilkin raund yarışında B qrupunda Azərbaycan komandası Fransa ilə üzləşəcək. Bundan öncə  keçirilən hər iki oyunda komanda kifayət qədər xal yığa bilmədiyindən, Fransa ilə baş tutacaq qarşılaşma komandanın irəli keçməsi üçün olduqca vacibdir.

Kişilər hünərini göstərəcək
Çimərlik voleybolu, Saat 19:00-dan

Çimərlik futbolunda Azərbaycanı təmsil edən qadınlar bacardığı ediblər. İyunun 18-ə isə kişilər çimərlikdə öz hünərlərini göstərəcəklər. A qrupunda Azərbaycan komandasının üzvləri -  B.Romano və L.Gritsail Norveç komandası ilə qarşılaşacaqlar.

H qrupundakı yarışlarda isə ölkəni N.Santos və İ.Rudıx təmsil edəcək. Onlar İspaniyadan olan idmançılarla yarışacaqlar.

Şosse velosipedi,
Saat 10:00-dan

Cümə axşamı qadınlar və kişilər arasında zamana qarşı yarışlara start verilir. Qadınların yarışında Azərbaycanı Olena Pavluxina, kişilərdə isə Elçin Əsədov və Maksim Averin təmsil edəcəklər.

Qolunun zoruna baxaq
Güləş, saat 10:00-dan

Azərbaycan güləşçiləri bu idman növünün demək olar, bütün kateqriyaları üzrə yarışlara iştirak edirlər. Bu dəfə Cəmaləddin Maqometov (125 kq çəki dərəcəsi), Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq) və Nurmaqomet Hacıyev (86 kq) sərbəst üsulla təsnifat yarışlarına başlayırlar.

Boks
Saat 13:45-dən

Azərbaycan idmançısı Collazo Sotomayor kişilər arasında birinci yarımorta çəki (64 kq) dərəcəsi üzrə 1/16 final mərhələsində Sloveniyadan Edin Sejdinoviçlə üzləşəcək. Teymur Məmmədov isə yarımağır çəki dərəcəsində Böyük Britaniyadan Joşua Buatsi ilə mübarizə aparacaq.

Taekvondo,
Saat 10:30-dən

Taekvondo üzrə Azərbaycan komanda üzvlərinin iştirakı ilə iki görüş planlaşdırılıb. Fəridə Əzizova (-67 kq çəki dərəcəsi) hollandiyalı Van Baaren Joyce ilə, Milad Beigi (-80 kq çəki dərəcəsi) isə Serbiyadan Damir Fejziclə ilkin raundda üzləşəcək.

Suya tullanma,
Saat 09:00-dan

Cümə axşamı suya tullanma üzrə ilkin yarışlara start verilir. Yarışlarda iştirakçıların maraqlı şou nümayiş etdirəcəkləri gözlənilir. Azərbaycanı bu idman növündə Atryom Danilov (kişilər arasında 1 m tramplin) və Olqa Bikovskaya (qadınlar arasında paltforma) təmsil edir.

Atıcılıq
Saat 11:00-dan

Atıcılıqda səngər stendi üzrə qarışıq komanda yarışlarında azərbaycanlı idmançılar da iştirak edəcək.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.