17 iyun 2015 17:20

Azərbaycan oxatanları gücünü göstərdi

Bu gün kamandan oxatma üzrə 1/4 finalçılarının adları bəlli olub. Azerisport.az xəbər verir ki, heyətində London 2012-nin qızıl medalçısı olan İtaliya komandası 1/8 final mərhələsində Azərbaycan komandasına yalnız qızıl xal uğrunda atış seriyalarından sonra qalib gələ bilib.

İtaliyanın elə ilk mərhələdən asan qələbə qazanacağı gözlənilirdi. Lakin Azərbaycan komandası növbəti iki setdə üstünlüyü ələ aldı. İtaliya hesabı bərabərləşdirməyə nail olduğundan, oyun qızıl xal uğrunda atış seriyaları ilə davam etdirildi. Bu mərhələdə də Azərbaycan komandası İtaliyaya güclü müqavimət göstərdi və rəqibinin 10 uğurlu cəhdinə adekvat şəkildə cavab verdi.

İtaliyanların sonuncu oxu atmasına cəmi bir neçə saniyə qalmış Mişel Frangilli (ITA) altı xal qazandı. Roman Vengerov (AZE) eyni vaxt məhdudiyyəti ilə yalnız 5 xal qazana bildi.

Vengerovun komanda yoldaşı Taras Senyuk bundan sonrakı yarışlarda daha qətiyyətli çıxış edəcəklərini bildirdi:

"Doğma azarkeşlər qarşısında çıxış etmək bizi ruhlandırır. Əlimizdən gələni etdik və azarkeşlər möhtəşəm idi. Biz bütün gücümüzü ortaya qoyduq. Qarşıdan gələn yarışlarda da eyni şəkildə mübarizə aparacağıq".

Senyuk ona da əlavə edib ki, Azərbaycan komandası məşqdə olduğundan daha yaxşı çıxış edib. Və yalnız kiçik xal fərqi ilə məğlub olub.  

Daha əvvəl keçirilən görüşlərdə Norveç üzərində 5-1 hesabı ilə asan qələbə qazanan Almaniya Fransa ilə, Polşa üzərində 5-3 hesabı ilə üstün olan Rusiya isə Niderlandla qarşılaşacaq. Türkiyəyə qarşı çətin keçən matçda qələbə qazanan İspaniya 1/4 final mərhələsində Belarusa qarşı mübarizə aparacaq. İtaliya isə öz növbəsində Ukrayna ilə qarşılaşacaq.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.