17 iyun 2015 01:15

Azərbaycanlı idmançılar iş başında - 17 iyun

Çərşənbə günü Azərbaycanlı idmançılar Avropa Oyunları çərçivəsində bir sıra yarışlarda iştirak edəcəklər. Azerisport.az sizi idmançılarımızın 17 iyun tarixi üçün proqramı ilə tanış edir.

Qızıl ledi
Atıcılıq, Saat 09:15-dən

Azərbaycanlı idmançılar atıcılıq üzrə kişilər və qadınlar arasında müxtəlif kateqoriyalar üzrə yarışlarda iştirak edəcəklər.  Avropa Oyunlarının ən yaşlı idmançısı - 57 yaşlı İradə Aşumova üç kateqroiya üzrə yarışacaq: 10metrdən hava tapançası, 25 metrdən hava tapanşası və qarışıq komanda. O, ilk dəfə oğlu Ruslan Lunevlə yanaşı yaraışacaq. Ruslan 10 metrdən hava tapançası ilə atəş kateqoriyasında yarışacaq.

Qadınlardan Nərmin Səmədova 10 metrdən hava tapançası ilə atəş, Elvin İsmayılov və Əlimirzə Quliyev səngər stendi, Rəsul Məmmədov isə 10 metrdən hava tapançası ilə atəş kateqoriyasında yarışlarda iştirak edəcəklər.

Əsgərov - qara fiqur deyil
Güləş,Saat 10:00-dan

Güləşçi Yaşar Əliyev 57 kq çəki dərəcəsində yarışlara start verəcək. Toğrul Əsgərov 65 kq,  Cəbrayıl Həsənov 74 kq, Xetaq Qazyumov 97 kq çəki dərəcəsində təsnifat yarışlarına qatılacaq. 22 yaşlı Toğrul Əsgərov London 2012-nin çempionudur. 

Taekvondo
Saat 10:30-dan

Ayxan Tağızadə ilkin mərhələdə Sloveniyadan Qantar Jure ilə döyüşəcək. Günay Ağakişiyeva isə qadınlar arasınday yarışda Serbiyadan Dragana Qladoviçlə ilkin raundda üzləşəcək.Günay Azərbaycanın qadın idmançıları arasında medala ən yaxşı namizədlərdəndir.

Voleybol
Saat 16:30-dan

Qadınlar arasında voleybol yarışı üzrə A qrupunda ilkin raundda Azərbaycan komandası İtaliya ilə görüşəcək.

Su polosu
Saat 16:00-dan

Kişilər arasında isə su polosu üzrə yarışların təsnifat görüşündə Azərbaycan Türkiyə komandası ilə qarşılaşacaq.

Akrobatika gimnastikası
Saat 14:00-dan

Qadınlar arasında qrup, balans hərəkətləri üzrə təsnifat yarışlarında Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova çıxış edəcəklər.

Qarışıq cütlük balans hərəkətləri üzrə yarış saat 17.30-dan etibarən azərbaycanlı idmançıların - Ulyana Dyukova və Anatoliy Leonovun çıxışı ilə davam edəcək. Onlar Azərbaycanı qarışıq cütlük temp hərəkətləri üzrə yarışda da təmsil edəcəklər.

Aerobika gimnastikası
Saat 23:45

Qarışıq cütlük təsnifat yarışlarında Azərbaycanı Vera Bosiks və Vladimir Dolmatov cütlüyü təmsil edəcək. Bosiks  2014-cü il Beynəlxalq Gimnastika Federasiyası Dünya Kubokunda  3-cü yeri, Dolmatov isə 2015-ci il Aerobika üzrə Çexiya Açıq Turnirində 2-ci yeri tutub.

Kamandan oxatma
Saat 11:55-dən

Kamandan oxatma üzrə kişilər arasında komanda yarışının  1/8 final mərhələsində  Azərbaycan komandası İtaliya ilə qarşılaşacaq. Azərbaycan komandasının tərkibində Aleksey Kopnin, Taras Senyuk və Roman Vengrov kimi tanınmış idmançılar var.

Saat 10:15-də isə qadınlar arasında komanda yarışının 1/8 finalında Azərbaycan komandası almaniyalı rəqibləri ilə üzləşəcəklər.

Saat 15:30-da qarışıq yarışlarda Azərbaycan komandası İtaliya ilə görüşəcək. Əgər komanda qalib çıxarsa, elə 17 İyun axşamı ¼ final, yarım final və final mərhələsində də görüşə çıxacaq.

Çimərlik voleybolu
Saat 12:00-dan

Qadınlar arasında A qrupunda Azərbaycan komandasının üzvləri Danimarka (saat 13:00), Avstriya (saat 22:00) və Litva ilə qarşılaşacaqlar. Bu qeupda ölkəni Zinaida Lyubimova və Vivian Cunha təmsil edəcək.

Qadınlar arasında H qrupunda İuliia Kərimova və Raguel Fereyra Polşa, Ukrayna və Çex Respublikasından olan idmançılarla yarışacaqlar.

Eyni zamanda A və H qruplarından kişilər arasında da yarışlar keçiriləcək.

Boks
Saat 13:45-dən

Azərbaycan idmançısı Collazo Sotomayor kişilər arasında birinci yarımorta çəki (64 kq) dərəcəsi üzrə 1/16 final mərhələsində Sloveniyadan Edin Sejdinoviçlə üzləşəcək. Teymur Məmmədov isə yarımağır çəki dərəcəsində Böyük Britaniyadan Joşua Buatsi ilə mübarizə aparacaq.

Bədii gimnastika
Saat 10:00

Azərbaycan idmançıları qrup lent təsnifat, qrup gürzlər və halqalar təsnifatı, həmçinin qrup çoxnövçülük üzrə finalda yarışacaqlar.

Batut gimnastikası
Saat 18:15-dən

Batut gimnastikası üzrə kişilər və qadınlar arasında təsnifat yarışları olacaq. Qadınlardan Azərbaycanı Svetalana Makştarova, Sabina Zaytsev, kişilərdən isə İlya Qrişunin bə Oleq Puinov təmsil edəcəklər.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.