16 iyun 2015 22:00
Taekvondo yarışlarında ilk medalımız
Bu gün "Crystal Hall"da Avropa Oyunlarının taekvondo üzrə yarışları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Patimat Abakarova (49 kq) turniri bürünc medalla başa vurub.
58 kq çəki dərəcəsində yarışan Məhəmməd Məmmədov isə üçüncü yer uğrunda döyüşə vəsiqə qazansa da, məğlub olaraq, medal qazana bilməyib.
