17 iyun 2015 01:05

Anjela Doroqan: Gələn dəfə mütləq Azərbaycan himnini oxuyacağam

"Əlbəttə, gələn dəfə də çempion olsam, mütləq Azərbaycan himnini oxuyacağam. Sadəcə, bu dəfə qızıl medal qazanacağımı özüm də gözləmirdim".

Azerisport.az xəbər verir ki, bunu Bakı-2015 birinci Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarının ikinci günündə qızıl medal qazanmış Azərbaycan təmsilçisi Anjela Doroqan deyib.

Avropa Oyunlarının qalibi qeyd edib ki, qızıl medal qazandığına görə özünü xoşbəxt sayır: "Mən çox xoşbəxtəm ki, qalib gəldim. Bu mənim həyatımda ilk qızıl medalım idi. Özü də qızıl medal haqqında ümumiyyətlə düşünmürdüm. Mən çox xoşbəxtəm ki, burada tarixi yaza bildim. Mən Bakıda Avropa Oyunlarında finalda layiqli mübarizə apara və sonda Azərbaycanın bayrağını ucalda bildim".

O bildirib ki, bunu gözləməsə də, çox istəyib: "Ona görə də mən axıra kimi mübarizə apardım. Finalda ilk dəqiqədə az da olsa, tərəddüd edirdim, amma sonra özümü toparladım və düşündüm ki, qızıl medalı əldən verməyəcək və çempion olacağam. Bundan sonra məndə inam yarandı. Gələcəkdə nəticələrimi daha da yaxşılaşdıracağam".

Tamaşaçılara ona verdiyi möhtəşəm dəstəyə görə dərin təşəkkürünü bildirən A.Doroqan qalib elan ediləndən sonra hərəkətlərinin emosional olaraq baş verdiyini deyib: "Sadəcə, sevincimdən heç bilmirdim nə edim. Sevincimdən tullanıb düşürdüm".

Güləşçimiz bundan sonra Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağını bildirib. O, qazandığı medalı valideynlərinə və məşqçisinə həsr etdiyini açıqlayıb.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.