16 iyun 2015 16:00

Avropa Oyunlarının bağlanış mərasiminin biletləri satıldıqca Bakı canlanır

Bu gün Bakı 2015-dən məlumat verilib ki, Bağlanış Mərasimi üçün 48000 biletin hamısı artıq satılıb. Azerisport.az xəbər verir ki, 28 iyun tarixində Olimpiya Stadionunda baş tutacaq bu tədbir İlk Avropa Oyunlarının 17 günlük idman yarışlarının yekunu olacaq.

Oyunlar "idman bayramı" kimi təqdim edilib və Bakı 2015 bütün ümidləri doğruldub. Cümə günü keçirilən möhtəşəm Açılış Mərasimindən sonra Avropa idmançıları diqqət mərkəzində olublar. Bundan sonra biletlərə tələb o qədər çox olub ki, ümumilikdə, Bakı 2015-in 20 idman növü üzrə yarışlarının 281 sessiyasından 168-nin biletləri artıq satılıb. 

Biletlərə tələb hələ də çoxdur, belə ki, son 48 saat ərzində 23000 bilet satılıb. Bazar ertəsi, ölkədə bayram ilə əlaqədar qeyri-iş günündə, 30000 tamaşaçı Bakı və Mingəçevirdəki idman obyektlərində Avropa Oyunlarına tamaşa edib.

Bakı 2015-in biletlərinə olan tələbata gəlincə, Gənclər və İdman naziri və Bakı 2015-in Baş icraçı direktoru cənab Azad Rəhimov deyib: “Oyunlara münasibət çox müsbət olub. Açılış Mərasimi xalqda ruh yüksəkliyi yaradıb və indi biz, Azərbaycanın ən böyük idman tədbirində iştirak etmək istəyən insanlar tərəfindən biletlərə olan tələbin olduqca böyük olduğunun şahidiyik. Mən, həmçinin, Azərbaycan idmançıları ilə fəxr edirəm, onlar  bizim xalqımızı sevindiriblər. Xalq tərəfindən onlara olan münasibət də olduqca müsbətdir və onların çıxışları ölkədəki gənc nəsli idmanla məşğul olmağa ruhlandıracaq".

Yaxşı xəbər ondan ibarətdir ki, yarışlara biletlər hələ də satışdadır. Yarışa gəlmək istəyən hər kəs pulsuz olaraq 2015-ə zəng edib, Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Qalan hər hansı idman yarışına bilet almaq üçün www.baku2015.com saytına daxil olun və ya Bakıdakı və idman obyektlərindəki bilet satışı məntəqələrinə müraciət edin.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.